adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2020 11:54
31466
ŞOU-BİZNES

Estafet Təranədə - Qubadakı dəbdəbəli villalarını nümayiş etdirdi – VİDEO

Yadınızagələr, ötən illlərdə ( 2018-2019-cu illərdə)başıqalmaqaldan ayılmayan Təranə Qumral və Musa cütlüyü bağ evində dincəlirdilər.

Həminvaxt yayımladıqları bir videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəbolmuşdu. Videogörüntülərdə cütlük ilan ovuna çıxır və ilanla üz-üzə gələn Təranəvə Musa onu çomaqla özlərindən uzaqlaşdırmağa çalışırlar.

Dahasonra Təranə Qumral "görürsünüz ki, Təranə heç ilandan da qorxmur" -sözlərini deyir. İndi sizə həmin villadan və onun sahiblərindənxəbərim var.

Müğənni Musa Musayev həyat yoldaşı və səhnədəduet ortağı Təranə Qumral haqqında Xəzər TV-də yayımlanan "Səni axtarıram”sosial-ictimai proqramında deyib ki, bizbir-birimizdən ayrı qalanda darıxırıq.

Sonra"Skype” vasitəsilə efirə onlayn bağlanan Musa ilə Təranə cütlüyü karantin günlərinişəhərdə deyil,Qubada yerləşənçoxmərtəbəli villalarında keçirdiklərinibildiriblər: "Hazırda Qubadakı bu villamızın içi çoxdan təmir olunub, amma həyətimizitəmir edə bilmirik. Bir aya yaxındır ki, burada qalırıq. Qubada sakitlikdir.Villamız meşənin içindədir”.

Verilişdətəmtəraqlıbağ evlərindən ağız dolusu danışan T.Qumral evinin dizaynınıSankt-Peterburq şəhərində yerləşən məşhur Ermitajmuzeyinin interyeri kimidüzəltdiyini söyləyib:

"Biziizləyən insanlar evimizə baxıb deyərlər ki, Təranənin zövqü yoxdur. Ermitajmuzeyində olanda oranın interyerini çox bəyəndim. Klassikanı çox sevirəm.Çalışdım ki, bənzərlik olsun”.

Canlıbağlantının sonunda malikənələrinin eyvanına çıxan cütlük karantin bitənə kimiQubada qalacaqlarını vurğulayıblar:

"Buranınhavası çox təmizdir. Bakıda biz bina evində qalırıq, bağ evimiz yoxdur. Ona görədə rayona gəlmişik”.

Məşhurların villalarını nümayiş etdirməsi deyəsəndəb halına düşəcək.. Davamı gəlsin!

Əntiqə Rəşid