adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 May 2019 16:02
35394
DÜNYA

«ƏSRİN MÜQAVİLƏSİ»

Yaxın Şərq məsələsinin nizamlanmasına dair ABŞprezidenti Donald Trampın hazırladığı "əsrin müqaviləsi"nin detalları yayılıb. Bu barədə «Kommersant» qəzeti İsrail mətbuatına istinadedib. Qəzetdə yer alan və ABŞ, İsrail və ya Fələstin rəsmi orqanlarından Trampın buplanına hələ ki hər hansı bir açıqlama verilməyib.

Yayınlanan plana görə, İsrail ilə Fələstin Qurtuluş Təşkilatı və «Həmas» arasında yeni bir dövlətin qurulmasıilə bağlı üçtərəfli razılaşma imzalanacaq.Bu müqaviləyə görə İordan çayının Qərb sahili və Qəzza zolağında,yəhudilərin yaşayışməntəqələri istisna olmaqla, «Yeni Fələstin» adlı dövlət qurulacaq. İordan çayınınQərb sahilindəki yəhudi yaşayış yerləri bu gün olduğu kimi, İsrailin əlində olacaq.

Sənədlərdə deyilir ki, Qüds bölünməyəcək və hər iki dövlətin paytaxtı sayılacaq. Qeyd edilir ki, burda yaşayan ərəblər Fələstin dövlətinin vətəndaşları olacaqlar. Yəhudilərin ərəblərdən,ərəblərin də yəhudilərdən ev satın almaları qadağan edilir.

Fələstin hava limanı,fabriklər inşa etmək, əkinçilik və ticarətsahələri üçün Qəzza bölgəsinə yaxın olan Misirdən icarə torpaq alacaq. Ərazilərin həcmi və qiyməti müqaviləni dəstəkləyən dövlətlər tərəfindən təyin olunacaq: ABŞ,Avropa Birliyi ölkələri və Fars körfəzi. Dəstəkləyən ölkələr milli layihələrin həyata keçməsi üçün«Yeni Fələstin»ə beş il ərzində 30 milyarddollar ödəyəcək.

Layihəyəgörə,Yeni Fələstin dövlətinin ordusuolmayacaq, yalnız polisin əlində yüngül silah olacaq. Müqavilə imzalanarkən «Həmas» silahını yerə qoymalı olacaq.
İsrail ilə Yeni Fələstin arasında İsrailin bütün xarici hücumlara qarşı Yeni Fələstinin qorumasını zəmanət altına alacağı və bu cür qoruma qarşılığında Yeni Fələstinin İsrailə ödəniş edəcəyi ilə bağlıyeni bir müdafiə sazişi imzalanacaq.
Bundan əlavə, sənədlərgöstərilir ki, İordaniya vadisi İsrailə məxsus olacaq. «Həmas» bu müqaviləyə etiraz etdiyi təqdirdə ABŞ Fələstinə verdiyi bütün maliyyə dəstəyini kəsəcək və digər ölkələrin də maliyyə dəstək təmin etməsini əngəlləyəcək.

Qeyd edilir ki, may ayının əvvəlində Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Fələstin vlət başçısı Mahmud Abbasasrin müqaviləsini" dəstəkləməsi üçün 10 milyard dollar təklif edib. Fələstin lideri bu təklifi rədd edərək bildirib ki,bu razılaşma onun siyasi karyerasının sonu ola bilər.

ABŞ prezidentininməsləhətçisi və kürəkəni Cared Kuşner Donald Trampın Yaxın Şərq üzrə nizamlanmaplanını iyunda açıqlayacağını bildirib.

Mehriban CƏFƏROVA