adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyul 2020 15:52
41841
SAĞLAMLIQ

ƏSLİNDƏ İBADULLA AĞAYEV NƏ DEMƏK İSTƏMİŞDİ?!

Respublikanın başepidemioloqu, Tibb Universitetinin kafedra müdiri, professor İbadullaAğayevi İsmayılladan verdiyi bir açıqlamaya görə saytlar və sosial şəbəkə linç etdi. Professor demişdi ki, hazırda kənddədi, televizordan və internetdən kənardadıvə vurğulamışdı ki, ona verilən suallarıTƏBİB-ə və Səhiyyə Nazirliyinə ünvanlayın.

Məntiq deyilən birelm var. Universitetin humanitarfakültələrində keçirilir. Azərbaycanda da ən böyük alimi Mustafa Güliyevidi. Sözgəlişi, özü də İsmayıllıdanidi.

Məntiqi tətbiq etmək istəsək görərik ki, İbadulla Ağayev bildirmək istəyirki, o, Operativ Qərargahın üzvü deyil və qərar çıxarılandada ondanməsləhət alınmır.

Baş infeksionist Cəlalİsayev də əvvəl dedi ki,koronavirus yoxdu, boş sözdü. Sonra dedi ki, yox, var. Lap sonra da dedi ki, lap çox var.

Və Operativ Qərargah brifinq keçirəndə Xarici İşlərNazirliyinin mətbuat katibini yox, İbadulla Ağayevlə, Cəlalİsayevi dəvət etməlidir.