adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Sentyabr 2019 10:08
13899
GÜNDƏM

ƏSGƏRİMİZİN NƏŞİNİ NİYƏ QIRMIZI XAÇ ALMALIDIR Kİ?

Cəbhə bölgəsində əsgər Ramin Abdulrəhmanov yolu azaraq neytral əraziyəgirib və düşmən gülləsindən şəhidolub. Onun yolu azmasını,komandirinin məsuliyyətsizliyini qoyuram birkənara.

Oxudum ki, Beynəlxalq QırmızıXaç Cəmiyyətinin köməyi ilə əsgərimizinnəşi götürülüb.

Əsgərin nəşini niyə Qırmızı Xaç Cəmiyyəti götürməlidi? Düşmən tərəfi bir babatatəşə tutulub güllə yağışı altında saxlanılardısa, elə öz əsgərlərimiz onun nəşinigötürə bilərdi.

Düşmən hər gün atəşkəsineçə dəfə pozur, biz niyə atəşkəsipozmaqdan qorxmalıyıq?

Yadınızdadırsa, Milli Qəhrəman Mübariz İbrahimov da iki gün neytral ərazidə qalmışdı, özü də hələ yaralı idi, ölməmişdi. Bəlkə vaxtında götürsəydik heç ölməzdi də.

Atəşkəsi pozmaqdan qorxduq və onun da nəşini Qırmızı Xaç aldı.