adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Fevral 2018 16:51
63771
MƏDƏNİYYƏT

Əsərlərini odun əvəzinə yandıran rəssam

İspan mənşəliPablo Pikasso öz qeyri-adi işləri ilə öncə sadəcə olaraq hər kəsiheyrətləndirirdi, daha sonra isə XX əsrin bütün incəsənət dünyasına təsiretmişdi. O, kubizmin banisiolmuşdu. O, deyirdi ki, dünyanı gördüyü kimi deyil, təsəvvür etdiyi kimi təsvir edir. Bu daha da qiymətlidir, buəsl yaradıcılıqdır. Onun işləri ən çox tələb olunan və bütün dünyada ənqiymətli əsərlər hesab edilir.

Pablo Pikasso1881-ci ildə İspaniyanın Malaqa şəhərində anadan olub. Doğularkən zəiflikdənsəsi belə çıxmayan körpəni tibb bacısı ölü zənn edir. Bu bəd xəbəri rəssamınanasına çatdırmaq üçün onu çarpayının üzərinə qoyub otaqdan çıxır. İçəriyədaxil olan tütün aşiqi əmisi körpəni qucağına götürür və çəkdiyi siqarıntüstüsünü onun bəmbəyaz,rəngsiz üzünə üfürür. Bu zaman körpə özünə gəlir, canlanır və bərkdən ağlamağabaşlayır. Xaç suyuna salınarkən isə rəssama verilən ad nə az, nə çox, düz 23sözdən - Pablo Diego Jose Francisco de Paula Juan Nepomuceno Maria de losRemedios Cipriano de la Santisima Trinidad Martyr Patricio Clito Ruiz y Picasso- ibarət idi. Bura rəssamın müxtəlif əcdadlarının və müqəddəslərin adlarıdaxil idi.


Dahi uşaq

Pikassonun atasıXose Ruiz Blasko sənətşünas idi və boş vaxtlarında rəsmlər çəkirdi. Pablo 7yaşında olarkən atası ona rəsm çəkməyi öyrətməyə başlayır. Uşaqlığındankarandaşla aydın təsvirlər edirdi. İspaniyanın cənubunda, rəngarəng Malaqakəndində həyat, təbiətin əlvan çalarları onun sənətinə öz damğasını vurmuşdu. «Pikador»adlı yağ ilə çəkilmiş ilk əsərini Pablo 8 yaşında olanda çəkmişdi və burada o,öküzlərin döyüşünü təsvir etmişdi. Pablo heç vaxt bu əsərdən ayrılmırdı. Əsərlərionun talismanına çevrilmişdir.Qısa zamanda bütünmüəllimlər balaca dahiyə dərs verməkdən imtina edirlər. Səbəb isə çox sadə idi- Pablo rəssamlıqda müəllimlərdən daha çox bilir və daha istedadlı idi. Artıq13 yaşına çatanda balaca Pablonun atası oğlunun bu istedadının qarşısında başəyir, bir daha rəsm çəkməməyə söz verir və bütün ləvazimatlarını ona hədiyyəedir. 1894-1895-ci illərdə gənc Pablo La-Korunya, 1895-ci ildə isə Barselonaincəsənət məktəbinə daxil olur. 20 yaşına kimi atasının - Ruiz Blasko - adı iləişləyir, lakin sonradan adətə əsasən anasının qızlıq soyadını - Pikassonu -götürür. 1897-ci ilin sentyabrayında Madridə yollanan Pikasso San-FernandAkademiyasına daxil olur. 1898-ci ildə isə Pablo Barselonada "Els QuatreGats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv olur və 30yaşında özünün ilk sərgisini məhz bu kafedə nümayiş etdirir.

Pablo qara göz,dolu, impulsiv, həddindən artıq şöhrətpərəst və çox mövhumatçı idi.


Avara Pikasso

Nəqədər qəribə olsa da, körpə Pablonun dil açdığı zaman dediyi ilk söz dəkarandaş olub. (İspanca "lapiz" - qısa formada "piz").Doqquz yaşında Pikasso özünün ilk sona çatdırılmış əsərini çəkir. "Lepicador" adlanan rəsm əsərində at üstündəki çapar və ətrafındakı döyüşöküzləri əks olunub. İlk akademik əsəri isə 15 yaşında çəkdiyi "FirstCommunion"dur. Əsərdə rəssam öz atası, anası və bacısının rəsmini işləyir.Sözsüz ki, Pablo oxuduğu illərdə özündən bir neçə yaş böyük tələbələr arasındaən savadlısı və istedadlısı idi. Amma gənc dahi müəllimlərinin yaddaşında ənnadinc və intizamsız tələbə kimi qalıb. Çünki Pikasso həmişə müəllimlərinin onanə edib, nə etməyəcəyini göstərəndə, nəyisə əmr edəndə çox hirslənirdi və bunagörə də vaxtının çoxunu məktəbdə "həbsdə" keçirirdi."Calaboose" adlanan 4 ağ divar və oturacaqlardan ibarət otağauşaqları öz səhvlərini başa düşmək üçün salırdılar. Pikasso isə buranısakitliyinə görə çox sevir, şəkil çəkmək üçün istifadə edir və çölə çıxmaqistəmirdi. Yeri gəlmişkən, Pikasso həmişə yuxudan çox gec oyanır, gündüzvaxtını dostları ilə keçirir, dünya incisi əsərlərini isə gecələr, şam işığındaişləməyi sevirdi. Parisdə isə ömrünün ən kasıb günlərini keçirən Pikasso bəzənəsərlərini odun əvəzinə yandırırdı.

Deyilənə görə, günlərin bir günü atası 1 yaşlı oğlundan göyərçinlər əksolmuş rəsmi onun yerinə bitirməsini xahiş edir. Pikasso o qədər əsərə ahudəolur ki, özü rəsm əsəri yaradır. Onun atası bunu görəndə heyrətdən donub qalır.O, uzun müddət özünə gələ bilməyib, sonra isə palitranı, boyaları oğluna verirvə incəsənəti tərk edir.

1894-ci ildəonun ailəsi Barselonaya köçür. Burada Pablo incəsənət məktəbinə qəbul olur. O,öz işlərini anasının soyadı ilə imzalayır- Pikasso. 1897-ci ildə Madriddə o,San- Fernando akademiyasına qəbul olmaq üçün müsabiqədən keçir. Elə o zamangənc Pikasso özünü əsl rəssam olaraq hiss edirdi.

Öz həmkarları, gənc rəssamlarla əlaqə saxlayaraq əsərlərini başqalarınınəsərləri ilə müqayisə edərək o, öz əsərlərinin daha zəngin, çalarlı və maraqlıolduğunu görürdü. Beləliklə o getdikcə digərlərindən seçilir vəəvəzolunmaz olduğunu düşünməyə başlayır. Lakin o, rəssamın şöhrətə doğru gedənyolunun çətin və uzun olduğunu başa düşürdü. Burada ona şöhrətpərəstlik hissiköməyinə çatır. O, həyatını öz ideyasına həsr etmişdi.

1900-ci ildə Pikasso öz dostları ilə birlikdə Parisəgedirlər. Orada istedadlı rəssamlarla işləməyə və fransız diliniöyrənməyə başlayır. Bir ildən sonra o, məşhur kolleksiyacı Vollarınqalereyasında öz əsərlərini sərgiyə çıxardır.

Bu dövrdə onun dostunun intiharı Pabloya çox təsir etmişdi. Və onunsənətində mavi dövr yaşanır. Pikasso qəmgin rəsmlər yaratmağa başlayır. Buəsərlərin qəhrəmanları isə səfillər, kor insanlar, əyyaşlar, fahişələr idilər.Məsələn, «Oğlan uşağı ilə səfil» və s. Onun rəsmlərindəki uzadılmışfiqurlar ispaniyalı El Qrekonun tərzini xatırladırdılar. Lakin tədicən mavidövr çəhrayı dövr ilə əvəz olunur. O məşhur ə «Hava şarı üzərində qız» əsəriniyaradır.

1904-ci ildən etibarən Pikasso Monmartrda məskan salırvə burada «Meymunla akrobatın ailəsi» əsəri üzərində işləməyə başlayır. 1907-ciildə o, rəssam Jorj Brak ilə tanış olur. Qısa bir zamandan sonra onlar birlikdənaturalizmi tərk edirlər və yeni növ incəsənət icad edirlər- kubizm. Pikassonunəsərlərində həndəsi fiqurlar, naturmortların fraqmentləri və insana bənzəməyənüzlər əks olunmağa başlayır («Fernand Olivyenin portreti», «Xort de Ebronunfabrikası»).


Birici dünyamüharibəsindən sonra Pikassonun əsərlərindən kubizm yoxa çıxmağa başlayır. O,rus baleti ilə əməkdaşlıq etməyə başlayır, dekorasiyalar və tamaşalar üçünkosytumlar edirdi. Bu zaman o, rus balerinası Olqa Xoxlova ilə tanışolur. Və onlar 1918-ci ildə ailə həyatı qururlar, 1921-ci ildə isə onlarınoğulları olur. Pikasso hələ də kubistik naturmotrlarını çəkirdi, lakin artıqəsərlərində cədvəllər yaratmağa başlayır.

İspaniyadavətəndaş müharibəsi zaman Pikasso respublikaçılara dəstək çıxırdı və 1937-ciildə bir sıra akvatintlər yaradır «General Frankonun arzuları və yalanı». Almanvə İtalyan aviasiyasının Gernika şəhərini bombalanmasından və insanların həlakolması, dağıntılardan sonra Pikasso bu faciənin bəddi abidəsini yaradır. Burəsm ilə o, görünməyən güc qarşısında öz qorxusunu əks etdirir və sankixəbərdarlıq etmək istəyirdi ki, İspaniyadakı vətəndaş müharibəsi Avropaya dayayıla bilər.


Son

Alman işğalızaman o, Parisdə qalırdı və yaratmağa davam edirdi, faciənin və faşistrejımi altında yaşamağın ümidsizliyin əks olunduğu portretlər, naturmortlarçəkirdi. O, müharibəyə, Hitlerə nifrət edirdi və 1944-cü ildə Fransız kommunistpartiyasının üzvü olur. Lakin Pikasso ideoloji əsərlər yaratmır, partiyanınqanun və qaydalarına tabe olmurdu. Pikassonun "Sülh göyərçini” əsəri faşizmdənazad olmağın rəmzinə çevrilir.

Son illərdəPikasso müxtəlif üslublarda əsərlər yaradırdı, impressionistləri təqlid edirdi.Ölümündən öncə o, ən çox Modilyananın əsərlərini sevdiyini etiraf etmişdi.

İncəsənətintənqidçiləri qeyd edirdilər: "Onun yaradıcılığında hər şey eyni dərəcədəqiymətli deyil, lakin onun bütün əsərləri çox dəyərlidir”.

1947-ci ildəPikasso sənətkarlıqla maraqlanmağa başlayır və öz əlləri ilə dekorativ qablar,boşqablar, saxsılar və heykəlciklər düzəldir. Lakin qısa bir zamandan sonrabezir və yenidən portretlər çəkməyə başlayır.

Pikasso 91 yaşında həyatdanköçdü və özündən sonraya dəyəri 1.1 milyard dollar qiymətləndirilən 50 min-dənçox şəkil, qravüra, skulptur, keramika işləri qoydu.