Əsədin olmadığı bir gələcək istəyirik - Səudiyyə
Səudiyyə Ərəbistanı hökuməti Suriya böhranında mövqelərinin dəyişməz qaldığını və ölkədə Bəşər Əsədin olmadığı bir gələcəyi dəstəklədiklərini bildirib.
Bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumatda Ər-Riyad rəhbərliyinin Suriyada idarəçilik üçün müvəqqəti heyətin qurulması, yeni konstitusiyanın tərtib olunması və Əsədin yer almadığı gələcək üçün seçkilərə hazırlaşmağı nəzərdə tutan 1-ci Cenevrə Konvensiyası ilə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına əsasən həllini dəstəklədiyi qeyd olunub.(axar.az)
Digər Xəbərlər
03 May 2024 16:26