Ermənistanın yeni prezidentinə cavab - Elə danışmasaydı, kütlə onu qovardı
Bu gün Yerevandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində Ermənistanın yeni prezidenti Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. Çıxışı zamanı A.Sarkisyan Qarabağla bağlıda açıqlama verib:
"Qoy heç kəsin şübhəsi olmasın ki, Qarabağın arxasında Ermənistan dayanır və bu məsələnin ədalətli həlli üçün bu gün də, sabah da mübarizə aparacaq”.
Yeni prezident Qarabağ münaqişəsinin həllinin Yerevanın əsas prioriteti olduğunu da diqqətə çatdırıb.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.azsaytına açıqlamasında deyib ki, yeni prezidentdən fərqli çıxış gözləmək olmazdı:
"Armen Sarkisyan andiçmə mərasimində nə deməlidir ki? Ondan başqa şey gözləmək olar? Ermənilər kimdir ? O ölkədə hər hansı demokratiyadan söz gedə bilməz, camaat bütün istiqamətlərdə narazılıq edir, mitinqlər keçirir. Onlardan başqa heç nə gözləmək olmaz”.
B.Səfərov qeyd edib ki, andiçmə mərasimində kimliyindən asılı olmayaraq hansı erməni çıxış etsə, eyni sözləri deyəcəkdi:
"Armen Sarkisyan və ya başqasının deməyi ilə deyil ki... Bizim Ali Baş Komandanımız, əsgərlərimiz var. Biz Ali Baş Komandanın əmri ilə öz sözümüzü deyəcəyik.
Əgər Armen Sarkisyan andiçmə mərasimində Qarabağla bağlı o cür danışmasaydı, kütlə onu həmin yerdən qovardı”.
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41