Ermənistanın "qalib" olmasını istəyən "silahlı" Hindistanla SİYASİ MƏSLƏHƏTLƏŞMƏ
Bir neçə gün əvvəl Hindistanın "Print" internet qəzetində maraqlı bir məlumat yayılmışdı. Nəşr yazırdı ki, Hindistan Ermənistan Silahlı Qüvvələrini gücləndirmək və tarixi ədalətsizliyi Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini aradan qaldırmaq istəyir:
“Bu məsələdə İrəvana silah göndərməklə kifayətlənməmək, mümkün qədər çox səy göstərmək Hindistanın maraqlarına uyğundur. Hindistan Ermənistan silahlı qüvvələrinin hazırlığını təmin etməlidir. O, həmçinin Ankara, Bakı və İslamabada Hindistanın regionun təhlükəsizliyinin təmin edilməsində ciddi maraqlı olduğunu nümayiş etdirmək üçün İrəvana yüksək səviyyəli nümayəndə heyəti göndərə bilər”.
Bu, əlbəttə çox təhlükəli bir yanaşma və ideya idi.
Adalet.az 1lurer.am-a istinadən xəbər verir ki, yeni Dehlidə Azərbaycan Xarici İşlər Nazirliyi ilə Hindistan Xarici İşlər Nazirliyi arasında 5-ci ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Hindistan nümayəndə heyətini Xarici İşlər Nazirliyinin Qərb üzrə Katibi Sancay Verma, Azərbaycan nümayəndə heyətini isə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, hökumətlərarası komissiyanın işi, siyasi, iqtisadi, ticarət, mədəniyyət, təhsil və s. istiqamətlər üzrə, habelə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Hindistan və Azərbaycan əməkdaşlığı, xüsusilə ticarət və enerji sahəsində uğurla inkişaf edir. "Azərbaycan Hindistan üçün mühüm xam neft tədarükçüsüdür", - deyə qeyd edilib.
Qeyd edək ki, Ermənistan son vaxtlar Hindistandan hərbi texnika tədarük edir. Təkcə sentyabr ayında Hindistan Ermənistana 270 milyon dollar məblğində (“Pinaka” reaktiv yaylım atəş sistemləri) silah və hərbi texnika satıb. Noyabr ayında yayılan məlumatlarda isə Hindistan Ermənistana öz istehsalı olan 155 mm-lik “ATAGS” adlı haubitsa tədarük edəcəyi deyilir. Hindistan tarixində belə artilleriya sistemlərinin ilk ixracıdır.
Məlumata görə, müqavilənin məbləği 150 milyon dollardır, əməliyyat üç il ərzində həyata keçiriləcək.
Vurğulanıb ki, “ATAGS” artilleriya qurğuları 48 km-lik hədəfi vura bilir. Bundan başqa, 80 mm-lik artilleriya qurğularının, boş mərmilərin və “Akaş” zenit-raket kompleksinin alınmasına dair müzakirə aparıldığı da qeyd olunub.
Bir neçə gün öncə A.Qriqoryan Hindistanda səfərdə olub və hərbi-siyasi əməkdaşlığı müzakirə edib.
Əntiqə Rəşid
Digər Xəbərlər
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24
Azərbaycan əhalisinin sayı açıqlandı
12 Dekabr 2025 14:13
DTX rəisi Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO
12 Dekabr 2025 13:30
Mehriban Əliyeva Heydər Əliyevin məzarının ziyarəti ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 12:45
Arzu Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 12:34


Bakı -°C

