Ermənistanı narahat edən səfər
"Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir. Məsələ burasındadır ki, işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvan gözünü türkmən qazına dikib".
Bu fikirləri politoloq Elxan Şahinoğlu öz facebook səhifəsində yazıb. O, bildirib ki, Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir: "Bu ideyanın utopik olmasına baxmayaraq, İrəvan ümidini itirmir.Məsələn Ermənistan prezidenti Serj Sərkisyan İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan fomatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır. Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə həm İranın, həm də Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər - Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır".
Ədil Ədilzadə
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41