Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir
Naxçıvanı Azərbaycanla birləşdirəcək yolun tikintisinə hazırlıq gedir.
Bu barədə “Hraparak” qəzeti Meğri şəhərinin meri Mxtitar Zakaryana istinadla xəbər yayıb.
Bildirilir ki, artıq “Cənubi Qafqaz dəmir yolları” ASC-nin əməkdaşları rusiyalı sərhədçilərlə birlikdə Meğriyə gediblər və ərazini öyrəniblər.
“Dedilər ki, bu perspektivli məsələdir, hazırda konkret heç nə yoxdur, ancaq söhbət dəmir yolundan gedir. Gəldilər, öyrəndilər və getdilər”, - deyə şəhər meri əlavə edib.
Qeyd edək ki, “Cənubi Qafqaz dəmir yolları” ASC “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə şirkətidir.(oxu.az)
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17