adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2025 14:11
48
DÜNYA
A- A+

Ermənistanda kilsədə böhran dərinləşir

Eçmiədzində paralel şəkildə iki toplantı keçirilir.

Adalet.az erməni mediasına istinadən xəbər verir ki, toplantılardan biri yepiskopların, digəri isə konqreqatların (dini icma nümayəndələrinin) yığıncağıdır.

Bir qədər əvvəl Arakadsotn yeparxiyasının ruhani nümayəndələri də Başkilsə Eçmiədzinə gəliblər.

Öz növbəsində II Qaregin Eçmiədzində toplantı çağırıb. Məlumata görə, burada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüş din xadimləri ilə bağlı məsələ müzakirə edilir.

Xatırladaq ki, dünən bir qrup yepiskop və arxiyepiskopun imzası ilə bəyanat yayılmış, həmin bəyanatda bütün ermənilərin katolikosundan arxiyepiskop Arşak Xaçatryanın vəzifədən uzaqlaşdırılması tələb olunmuşdu.

Bundan sonra Nikol Paşinyan yepiskop və arxiyepiskopları görüşə dəvət edib və görüş elə həmin gün baş tutub.