adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Iyun 2018 13:25
9816
HADİSƏ

Ermənistana məxsus PUA məhv edilib

Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.