28 Noyabr 2023 17:55
1581
İQTİSADİYYAT

Ermənistan və Rusiyanın 3,7 milyard dollarlıq ticarət əlaqəsi:"Viski" 5-ci yerdə

İçi mən qarışıq bir çox soydaşlarımız gözləyirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son aylar Rusiyaya və KTMT-yə sərgilədiyi münasibətin  nəticəsi ağır olacaq, Ermənistan cəzalanacaqdır.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu tip gözləntilər yanlışdır və Ermənistan- Rusiya arasındakı ticarət əlaqələri günü-gündən çiçəklənməyə doğru gedir. Beləki, bu il Ermənistan Rusiyaya 5,6 milyon dollar həcmində viski idxal edən ölkələr siyahısında İspaniyanı qabaqlayaraq 5-ci yerdə olub. 

2023-cü ilin doqquz ayında Rusiya 262,5 milyon dollar dəyərində viski idxal edib. Bu da əvvəlki ilin yanvar-sentyabr aylarında idxalın həcmindən təxminən dörd dəfə çoxdur.

Ümumi həcmdə böyük payı yenidən Latviyanın payına düşüb, Baltikyanı respublika 190,6 milyon dollarlıq məhsul verib. Üstəlik, ötən illə müqayisədə tədarük 6 dəfədən çox artıb. İkinci yerdə olan Litva da tədarükünü əhəmiyyətli dərəcədə artıraraq, keçən illə müqayisədə 28,9 milyon dollar dəyərində viski göndərib.

İlk beşliyə Böyük Britaniya (10,4 milyon dollar, ötən illə müqayisədə 18% azalıb), Fransa (7 milyon dollar, 1,5 dəfə artıb) və daşımaları 2,5 dəfə artıran Ermənistan da (5,6 milyon dollar) yer alıb. İspaniya üçüncü yerdən altıncı yerə enərək ən böyük təchizatçılar siyahısından olmayıb.

 Qeyd edək ki, 2023-cü ilin ilk yeddi ayı ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib. 

Erməni rəsmiləri bildirib ki, ticarətin ümumi həcminin 2 milyard dolları Ermənistandan, 1,7 milyard dolları isə Rusiyadan ixrac edilib:"Bu, keçən illə müqayisədə 70% çoxdur və ötən il 2021-ci illə müqayisədə dövriyyəmiz ikiqat olub. Yəni, ticarət kifayət qədər sürətlə artır, lakin biz görürük ki, bu, hədd deyil və biz müxtəlif sahələrdə əməkdaşlığımızı artırmaq niyyətindəyik".

Əntiqə Rəşid