adalet.az header logo
  • Bakı 11°C
27 May 2023 13:36
312
SİYASƏT

“Ermənistan qara parça üzərində ağ saplarla cinayət işi toxudu, indi isə...”-Hərbi ekspert

“Yolu azaraq Ermənistan tərəfinə keçən iki azərbaycanlı hərbi qulluqçuya Ermənistan tərəfi qara parça üzərində ağ saplarla bir cinayət işi toxudu. Hərbçilərimizdən birini 11 il yarım azadlıqdan məhrum etdilər. Digər hərbçimizin isə məhkəmə prosesi davam edir və onun da daha uzun müddətə azadlıqdan məhrum ediləcəyi istisna deyil”

Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Hərbi ekspert əsirlikdə olan iki hərbçimizin tezliklə azad ediləcəyini bildirib:

“Azərbaycan tərəfi müharibədən sonrakı dövrdə böyük hissəsi heç bir qarşılığı olmadan 180 nəfərdən çox erməni hərbçisini Ermənistan tərəfinə təslim edib. Onların arasında cinayət məsuliyyətinə cəlb edilmiş və yüngün cinayət törədənlər də az deyildi. Lakin Ermənistan tərəfi bizim atdığımız bu addımların əksinə olaraq yolu azmış iki hərbçimizi geri qayratmaq əvəzinə, onlara cinayət işi açdırıb, uzun müddət həbsdə saxlamaq qərarı verdi. 

İndi isə Zəngilan tərəfdən təxribata cəhd edərkən saxlanılan iki erməni diversantın əsirlikdə olan iki hərbçimizlə dəyişdirilməsi ehtimalı mövcuddur. Lakin burda fərq ondan ibarətdir ki, erməni diversantları təxribat törətmək məqsədi ilə bizim tərəfə keçib, bizim əsgərlər isə yolu azaraq Ermənistan tərəfinə keçiblər. İstənilən halda Azərbaycan tərəfi öz hərbi qulluqçularını qaytarmaq üçün müəyyən addımlar atacaq. Amma kimsə də düşünməsin ki, Ermənistan tərəfi iki Azərbaycan əsgərini qaytarmaqla, həbsdə olan  daha çox sayda erməni hərbçilərini ala biləcək. Burda maksimum biz iki əsgərimizə qarşılıq həbsdə yatan və saxlanılan iki erməni hərbçisini qaytara bilərik. Hesab edirəm ki, aidiyyatı qurumlarımız bu məsələylə məşğul olacaqlar və azərbaycanlı hərbçilərin ən qısa müddətdə geri qaytarılmasını da təmin edə biləcəklər”. 

Vasif Əlihüseyn