Ermənistan ordusunun atəş nöqtəsi və PUA məhv edildi - Video
Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi və pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən PUA bölmələrimiz tərəfindən məhv edilib.
Düşmən itkilərə məruz qalıb.
Digər Xəbərlər
03 May 2024 17:14