Ermənistan Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayır - XİN
“Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur”.
Adalet.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib.
“30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır” - A.Hacızadə qeyd edib.
Digər Xəbərlər
20 Oktyabr 2026 16:12
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
20 Oktyabr 2026 16:05
Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqlədi
20 Oktyabr 2026 16:01
Qarabağ Milli Parkı yaradılıb - SƏRƏNCAM
20 Oktyabr 2026 14:34
Qırğızıstan Prezidenti Sahibə Qafarovanı qəbul edib
20 Oktyabr 2026 12:30
"Bu dəyişikliklər istehlakçıların hüquqlarına nə dərəcədə müsbət təsir göstərəcək?" - Deputat
20 Oktyabr 2026 11:53
“Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır”
20 Oktyabr 2026 11:45
Spiker Bişkekdə iclasda çıxış etdi
20 Oktyabr 2026 11:21


Bakı -°C

