adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Aprel 2014 13:29
4600
SİYASƏT

Ermənistan ATƏT-in Bakı sessiyasında iştirak edəcək?

"Ermənistannümayəndələrinin ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasınagəlib-gəlməyəcəkləri barədə məlumat yoxdur”., Bunu  Milli Məclisin vitse-spikeri Bahar Muradovajurnalistlərə açıqlama verərkən məlumat verib.

Onun sözlərinə görə, iyunun28-də Bakıda keçiriləcək ATƏT PA-nın 23-cü sessiyası "Regionda insantəhlükəsizliyi” mövzusuna həsr olunub: "Azərbaycanda birinci dəfədir belə geniştədbir keçirilir, ona görə də bu tədbirin əhəmiyyətini xüsusi dəyərləndiririk.Tədbirlə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir. Biz 57 ölkədən nümayəndələrgözləyirik. ATƏT Parlament Assambleyasının məhz belə bir regionda insantəhlükəsizliyi məsələsinə xüsusi əhəmiyyət verməsi təqdirəlayiqdir. Çünki insantəhlükəsizliyi məsələləri bu regionda daha çox narahatlıq doğurur”.

Ermənistanın nümayəndələrinintədbirdə iştirakına gəlincə, B. Muradova vurğulayıb ki, bu, ATƏT PA-nıntədbiridir, Azərbaycan bu tədbirin keçirilməsinə şərait yaradır və özü də butədbirdə iştirak edir: "Dəvətlər hər kəsə aiddir. Ermənistan nümayəndə heyətidə digər nümayəndə heyətləri kimi, bu tədbirdə iştirak etməlidir. Artıq bir çoxotellərdə həmin müddət üçün yerlər tutulub”.