"Erməninin öyrətdiyi adamlar Naxçıvan haqqında fikir söyləyir" - Deputat
"Bir çox adamlar özünü yuyulmamış çömçə kimi ortaya atmağa çalışır. Naxçıvan həssas bölgədir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, erməninin və digərlərinin öyrətdiyi adamlar Naxçıvan haqqında fikir söyləyir.
"Naxçıvan Muxtar Respublikası dövlətin, dövlətçiliyin, Prezidentin arxasındadır, sədaqətlidirlər, onun yolunda şəhid olmağa hazırdırlar. Burada siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm, bu məsələyə diqqətlə yanaşılsın".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Etibar Əliyev bu fikirləri bildirmişdi: “Prezident İlham Əliyev bir neçə il öncə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ilə görüş zamanı bildirmişdi ki, maliyyə və iqtisadi sahədə şəffaflıq artırılmalıdır. Qeyd olunmuşdu ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 22%-i yerli gəlirlər hesabına formalaşır, qalan hissəsi isə Bakıdan dotasiya olunur. Lakin ortaya çıxan korrupsiyanın miqdarı Naxçıvan Muxtar Respublikasının büdcəsinin yarsını təşkil edir”.
Digər Xəbərlər
05 Oktyabr 2026 19:00
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
05 Oktyabr 2026 18:41
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
05 Oktyabr 2026 18:35
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə müzakirə apardı
05 Oktyabr 2026 14:31
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
05 Oktyabr 2026 14:14
Prezident hakim partiyanı cəbhəyə sürdü - İdeoloji savaş başlanır
05 Oktyabr 2026 13:26
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
05 Oktyabr 2026 12:47
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
05 Oktyabr 2026 12:05


Bakı -°C

