26 May 2025 11:48
457
MƏMLƏKƏT

Ermənilərin Rusiya "kartı" ilə Azərbaycanı hədəfetmək istəyi: 1941-1945

Ermənilər dünya arenasını qarışdırmaq, Azərbaycanı ləkələmək üçün əllərindən gələn hər şeyi etməyə israrlı olduqlarını bildirirlər.


Adalet.az xəbər verir ki, qara qışqırıqları, böhtanları hədəfə dəyməyən ermənilər, bu dəfə Rusiyanı da öz məqsədlərinə alət etməyə çalışıblar. Beləki, Ermənistan dağlıq ərazilərinin mədəni irs üzrə ombudsmanı Ovik Avanesov ölmüş-itmiş artsaxda "Böyük Vətən Müharibəsinə həsr olunmuş abidələrin və memorial komplekslərin" Azərbaycan tərəfindən dağıdılmasını iddia edib:"Qələbənin 80-ci ildönümü ilində Böyük Vətən müharibəsinə həsr olunmuş abidə tamamilə dağıdılıb.
Abidənin peyk görüntülərini özünün Telegram kanalında dərc olunduğunu deyən Ararat Petrosyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243.4-cü maddəsində Rusiya Federasiyasının hüdudlarından kənarda Böyük Vətən Müharibəsinə həsr olunmuş abidələrə qarşı vandalizm aktlarına görə də cəza nəzərdə tutulduğunu həyasızlıqla vurğulayıb.

Maraqlıdır, indi biri bu Petrosyandan niyə sori, Qarabağı işğal edərkən yerlə yeksan etdiyiniz abidələrimizin hesabını kimdən soruşaq? Xatırlayırsınızsa Şuşadakı Böyük Vətən müharibəsi (1941-1945) qurbanlarına və sovet döyüşçülərinə həsr olunmuş xatirə kompleksi işğal illərində tənəzzülə uğramışdı. Erməni qəsbkarları onu nəinki orijinal formada saxlamamış, əksinə demək olar ki, tamamilə məhv etmişdilər.
Eləcə də Ağdam rayonunda və digər işğalda olan digər rayonlarda ucaldılmış "Vətən müharibəsi -1941-45" abidələrinin dağıdılması prosesi ilk siz ermənilərin "əsəridir".

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 243.4-cü maddəsi ilə cinayət işi açarsa, ilk cavab verəsi ölkə yəqin ki, Azərbaycan olmayacaq.

Şuşa şəhərindəki 1941-45 abidəsi

 

Ağdam şəhərindəki 1941-45 abidəsi

  Əntiqə Rəşid