Ermənilərin qazanc yeri: "Yerablur"dakı məzarların üzərindən oğurlanan və satılan güllər
Ermənistanın İrəvan şəhərinin kənarındakı təpənin başında hərbi qəbiristanlıq yerləşir ki, ermənilər onun adına Yerablur deyirlər. 1988-ci ildən Yerablurda Qarabağ münaqişəsi zamanı həlak olmuş erməni əsgərlərini dəfn edirdilər, yaxud da quylayırdılar. Ermənilərin “ müqəddəs” məkanına və ziyarətgahına çevrilmiş bu qəbiristanlıqdan ermənilərin iç üzünü ortaya qoyan bir hadisə baş verib.
Adalet.az xəbər verir ki, 04 yanvar 2025-ci il tarixdə Ermənistan İstintaq Komitəsinin başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı faktiki məlumatlar əldə edil ki, Yerablurdakı hərbçi qəbirlərinin üzərindən gül oğurlanıb.
Beləki, 2 yanvar 2025-ci il tarixində bir qrup şəxs "Yerablur" panteonunda dəfn edilmiş iki hərbçinin məzarlarından valideynləri tərəfindən qoyulmuş gülləri oğurlayıb. Bundan sonra oğurlanan güllər İrəvanın Şimal prospektində bir ədədi 500-dən (1.24664 ABŞ dolları) 1000 AMD-yə qədər satılıb.
Oğrulardan cəmi ikisi tutulub və barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iki dəfə İrəvanın müxtəlif səmtlərində, müxtəlif şəxsləri tərəfindən Qarabağda ölmüş hərbçilərin foto və barelyefləri təhqir olunub.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

