06 Iyul 2023 11:55
899
GÜNDƏM

Ermənilərin mənimsədiyi Çıldıran kəndi: Cənnətin özündən fotolar

Xankəndidəki ermənilər kütləv şəkildə evlərini satıb, bölgəni tərk etməyə başladığı artıq heç kimə gizli deyil. Hətta separatçıların başçısı Arayik Arutyunyan deyib ki, Qarabağda çaxnaşma var, camaat qaçır, ən çox da mənzil problemi var: bir çoxu Qarabağı tərk edib, buradakı mülklərini icarəyə verir, gəlir əldə edirlər:

“Onlarla bağlı qərar qəbul edəcəyik. Belə insanların əmlakı müsadirə edilə bilər. Çünki mənzil problemi var, insanlar təşvişdədirlər, mənə deyirlər ki, camaat qaçır. Mən də deyirəm ki, kim istəyir getsin, cəhənnəmə getsinlər”.


Adalet.az xəbər verir ki, separatçılar belə çıxılmaz vəziyyətdə olduqlarını gizlətmək üçün tez-tez kənd təsərrüfatının geniş inkişafından, bağ-bağatlarda, tarlalardakı bol məhsulun toplanmasından yazaraq özünə təskinlik verir. Beləki , erməni mediası bu gün keçmiş Ağdərə (Martakert) rayonunun Çıldran kəndində məhsul yığımı ilə xəbərlər dərc edirlər.

Kəndin icma rəhbəri Aşot Qulyan bildirib ki, 10-15 günə buğda, arpa və fıstıq biçininə başlanacaqson iki ayda yağan dolu bütün növ əkinlərə, o cümlədən dənli bitkilərə külli miqdarda ziyan vurub. Çıldran sakinlərinin demək olar ki, hamısı kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə əsasən öz ailəsinin və kəndin tələbatını təmin etmək üçün məşğuldur".

Belə, indi keçək, ermənilərin uzun illərdir rahat yaşadığı, "ulu dədə-babadan qalmış" Çıldıran kəndinə!
Yaşayış məntəqəsini 1828-ci ildə Türkiyənin Çıldıran adlı ərazisindən köçüb gəlmiş erməni ailələri salıblar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "çay, şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə" mənasında işlənir. Oykonim "şəlaləli yer" və ya "məcrasından çıxan çay" mənasındadır.

Ermənilərdən tərcümə etdiyim xəbərə görə, kənd dağətəyi ərazidə yerləşir. Sahəsi 2267 hektardır. Ağdərə rayon mərkəzindən 46 km, Xankəndidən 50 km məsafədə yerləşir. 2015-ci ildə Çldran icmasının əhalisi 528 nəfər, 160 təsərrüfatdır. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Abidələrin çoxu qədim Alban tarixi ilə üst üstə düşür.

Azərbaycanın Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çıldıran kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilir. Kənd isə 1993-cü il fevralın 5-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Hazırda kənd Rusiya sülhməramlılarının nəzarətindədir.

 P.S. Məqaləni hazırlaya-hazırlaya düşünürəm ki,  gözümü açandan   kimyəvi dərmanlı, zəhərli pambıq kollarının arasında  azərbaycanlı olaraq canımız çıxıb.  Biriləri  Sosialist Əməyi Qəhrəmanı olmaq üçün, sovet hökümətindən ad-san, mövqe, rahat yaşamaq üçün  ilin 8 ayını  yazın yağışı-dolusu, yayın cırhacır istisi, payızın soyuqlu havalarında tarlalardan evə gəlməyə qoymurdu . Əkin, səpin, suvarılma-  arat, pambığın alağı (4 üz) sofka yığımı, "çeçenkası" (başvurma) uşaqlığımızı, təhsilimizi, gələcəyimizi şikəst etdi. Amma ermənilər cənnət yurdumuzda zövqü səfa ilə əsl həyat yaşayıblar. Heyf  uşaqlığımdan, heyf gəncliyimdən, heyf zülmə tabe olmuş elimdən. Sovet hökümətini də, rus KKB-sini də,   Azərbaycana pambıq planı qoyan Sovet  iqdiyadiyyatına da , şan- şöhrət xatirinə xalqına zülm edən məmurlara da Allah lənət eləsin! 

Əntiqə Rəşid