adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Fevral 2023 10:17
483
GÜNDƏM

Ermənilərin "2-ci ordusu" hücuma keçdi: Diaspora şəbəkəsi, milyardlar...

2020-ci ildən üzü bəri bütün savaş və qarşıdurmalarda rəzil günə düşmüş Ermənistan artıq Azərbayvcan ordusunun qarşısında duruş gətirə bilməyəcəyinin fərqindədir və bu dəfə rüşvət, tərs təbliğat, yalançı, iftira tipli xəbərlərlə özünə güc qazandırmaq niyyətindədir.
Odur ki, gücünü başqa sahədə snamağa üstünlük verir.

Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. 2023-cü ildən çox şey asılıdır.


Adalet.az xəbər verir ki, Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko sosial şəbəkə hesabında paylaşım edərək fikirlərimizi təsdiq edib. Beləki, tanınmış ekspert də paylaşımında Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəldiyini qeyd edib:” 2023-cü ildən çox şey asılıdır və ermənilərin əsas gücü diaspordur”.



Korotçenko ermənilərin diqqəti diaspor təşkilatlarına yönəltməsini belə təhlil edib:

1. Bütün dünyanı əhatə edən və nüfuzedici şəbəkə strukturu;
2. Transkontinental fövqəldövlət əlaqələri və münasibətləri;
3. Güclü lobbi mövqeləri və hətta dövlət başçıları və parlamentlər səviyyəsində erməni maraqlarının lobbiçiləri;
4. Böyük maliyyə resursları və “kölgə şəbəkəsi”nə təsir göstərə bilən bankirlər;
5. Xüsusi idealogiya və kilsə;
6. Tarixi miflərin müstəsna dərəcədə effektiv istismarı;
7. Öz milli maraqlarını digər dövlətlərin dövlət siyasətinin prioritetlərinə çevirmək bacarığı.


Tanınmış ekspert paylaşımının sonunda bu fikirlərə də yer verib: “2023-cü ildən çox şey asılıdır. Ermənistan bir ölkə kimi Azərbaycana uduzdu. Bu gün qlobal erməni diasporu Azərbaycana qarşı qlobal oyuna girir. Taleyüklü il olacaq”.
Qeyd edək ki, “ANCA” (Amerika Erməni Milli Komitəsi) erməni diaspor təşkilatlarını xalqının ikinci ordusu olduğunu vurğulayıb. “İndi həmişəkindən daha çox söz deməkdənsə, konkret hərəkətlər edilməlidir. Bizim vəzifəmiz hakimiyyətə (ABŞ nəzərdə tutulur. red-Ə.R) həqiqəti göstərmək və söyləməkdir. İndi hərəkətə keçməyin vaxtı çatıb”.
Beləliklə,hamımıza məlumdur ki, ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş bütün addımın arxasında mütləq erməni lobbisinin və diaspor təşkilatlarının durur. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir ki, “907-ci düzəliş”ində ( 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir) bu təşkilatın fəaliyyəti böyük olub. Daha dəqiq desək, hazırda qondarma erməni soyqırımının ABŞ-ın 50 ştatında tanınmasında və prezident Co Bayden tərəfindən “soyqırım” olaraq təsdiq edilməsində bu təşkilatın işi ermənilər üçün “misilsiz xidmət” kimi qiymətləndirilir.
Əntiqə Rəşid