25 Iyun 2024 10:15
336
GÜNDƏM

Ermənilər, ABŞ konqresmenləri və Emil Bayramlı: Azərbaycana növbəti hücum

Deməli, 2023-cü il sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olundu və bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirildi.
Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.

 Hətta tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham populyar “İsrael Behind the News” qəzetində dərc olunmuş məqaləsində bu kompaniyanı qınadılar:"Holokostdan sağ çıxmış konqresmen Tom Lantosun adını daşıyan İnsan Haqları Komissiyasının təcavüzkar Ermənistana dəstək verməsi ədalətsizlikdir. Dağlıq Qarabağ xalqının qorunması”ndan danışan Komissiya unutmamalıdır ki, “Dağlıq” (Naqornı) bölgənin adına sovet idarəçiləri tərəfindən əlavə edilmiş rus sözüdür, “Qarabağ” isə mənası tam aydın olan türk kəlməsidir. Bu, o deməkdir ki, Qarabağın əsl yerli xalqı Azərbaycan türkləridir və onların bu torpaqlar üzərində hüquqları BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri ilə tanınıb.

Bu isə öz növbəsində o anlama gəlir ki, Birləşmiş Ştatlar da beynəlxalq hüququn normalarına uyğun olaraq müharibə şəraitində olan Qarabağ bölgəsinə Azərbaycanın danılmaz hüququnu tanıyır.

Faktiki olaraq Ermənistan beynəlxalq birliyin tələblərinə zidd olaraq Azərbaycanın adıçəkilən bölgəsini 30 il qanunsuz olaraq işğal altında saxlayıb və ərazinin kənardan gələn erməni köçkünlərin hesabına qeyri-qanuni məskunlaşdırılması ilə məşğul olub. Burada ermənilər sözün əsl mənasında keçmiş Azərbaycan şəhərlərinin və qəsəbələrinin xarabalıqları arasında yaşayıblar”- deyə məqalələrində qeyd etmişdilər.

Yəqin ki, Tom Lantos İnsan Haqları Komissiyası bu fəaliyyətinə görə, erməni lobbisindən “bəsdi” deyincə “qonarar”aldığı üçün dişində şirə qalıb. Beləki, Tom Lantos İnsan Haqları Komissiyası yenidən dinləmələr keçiriləcəyi haqqında məlumat yayıb.
Məlumatda deyilir ki, dinləmələrə Konqres üzvləri Kris Smit və Ceyms P. MakQovern ev sahibliyi edəcək.Dinləmələr prosesində şahid qismində iştirak edənlərin də ad soyadı mediaya açıqlanıb:

• Geqam Stepanyan , eks və separatçı “artsax” ın keçmiş hüquq müdafiəçisi
• Karniq Kerkonyan , beynəlxalq hüquqşünas və “artsax”lıların əsas hüquqlarının müdafiəsi komitəsinin üzvü
• Keyt Vatters , Crude Accountability qeyri-hökumət təşkilatının həmtəsisçisi və icraçı direktoru
• Emin Bayramlı , azərbaycanlı məhbus Qubad İbadoğlunun oğlu (ən təəssüfdoğurucu məqam)

 Qeyd edək ki, Qərbi Azərbaycan İcması hələ ötən il bu “dinləmələrlə” bağlı bəyanat yaymışdı. İcma bəyanatında bu dinləmələr bölgədə gərginliyi qəsdən artıran Ermənistanı, revanşist qüvvələri daha da ruhlandırdığını qeyd etmişdi:” O Ermənistanı ki 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırdıqdan və nəhayət, Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildikdən sonra indi Tom Lantos Komissiyasının 5-10 nəfərin iştirakı ilə təşkil etdiyi dinləmələrdən, amerikan rep ifaçısı Snop Doqun, işi-gücü ancaq Azərbaycan və Türkiyəyə qarşı çirkin kampaniya aparmaq olan rasist zehniyyatlı “müstəqil” jurnalist Lindsey Snell kimilərinin tvitlərindən mədət umur.

Tom Lantos Komissiyasını heç vaxt Ermənistan işğalının ağır fəsadları, etnik təmizləmə, Azərbaycan xalqının iztirabları, o cümlədən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların taleyi maraqlandırmamışdır. Əgər bu Komissiya qərəzsiz olsaydı və məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmasaydı, onda belə dinləmələri qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı təşkil etməliydi.

Əntiqə Rəşid