Erməni filmlərini "Oskar"laşdıran Teni Melidonyan: “Oskar” mükafatı"nın baş direktoru oldu

Xəbər verdiyimiz kimi, ABŞ-ın Film Sənətləri və Elmləri Akademiyasının təsis etdiyi “Oskar” mükafatına uyğun 10 kateqoriya üzrə siyahı dərc edilib.
“Oskar”a namizədlərin həmin qısa siyahısıh akademiyanın rəsmi saytında yerləşdirilib. “Beynəlxalq bədii film” kateqoriyasında 15 film təqdim olunub, o cümlədən prodüser Arman Nşanyan və rejissor Maykl Qurjianın “Amerikalı” filmi də həmin siyahıya əlavə olunub.
Bundan başqa kino mütəxəssisi , rejissor Hamo Beknazaryanın bərpa olunmuş 4D formatında olan “Vulkan üzərindəki ev” (1928) və “ Nairi ölkəsi” (1930) filmləri dünyanın ən nüfuzlu mədəni platformalarından birində - Nyu-York Müasir İncəsənət Muzeyində (Museum of Modern Art, qısaldılmış şəkildə MoMA) 20-ci beynalxalq festivalının çərçivəsində yanvarın 28-dən saat 13:30-da və yanvarın 31-ə qədər saat 13:00-da erməni kinosu amerikanlara nümayiş olunacaq.
Daha sonra isə ABŞ-ın Film Sənətləri və Elmləri Akademiyasının təsis etdiyi “Oskar” mükafatına uyğun 10 kateqoriya üzrə siyahı dərc edildi. “Oskar”a namizədlərin həmin qısa siyahısı akademiyanın rəsmi saytında yerləşdirilib.
“Beynəlxalq bədii film” kateqoriyasında 15 film təqdim olunub, o cümlədən prodüser Arman Nşanyan və rejissor Maykl Qurjianın “Amerikalı” filmi də həmin siyahıya əlavə olunub.
Maraqlıdır ki, erməni film istehsalı tarixində ilk dəfədir ki, “Oskar” mükafatlandırma mərasiminin qısa siyahısına erməni filmi düşür. Mediadan biri ilə söhbətində Arman Nşanyan gözləntilərinin olduğunu və bu gün bunun artıq qələbə olduğunu bəyan edə biləcəyini deyib . “Bu, universal mesajı olan bir filmdir, biz bir-birimizi necə sevməyi və pozitiv olmağı göstərməyə çalışdıq. Həm də millətimizə edilən haqsızlığı göstərmişik, amma incə şəkildə etmişik. “Oskar” siyasiləşəndə xoşuna gəlmir”.
Film guya möcüzəvi şəkildə qondardıqları saxta soyqırımdan (1915) sağ çıxan və ABŞ-a mühacirət edən, ailəsi təəssüf ki, həmin cinayətin qurbanı olan erməni gənc Çarlinin hekayəsindən bəhs edir. Hekayə 1947-ci ildə Çarlinin Ermənistana qayıtması və sovet kommunizminin sərt reallığı ilə üzləşməsi ilə başlayır. Bir sözlə, film yox, hoqqa...
Bu xəbərdən sonra mütləq bu hadisələrdə bir erməni olduğuna qərar verdim və axtarışa başladım . Məlum oldu ki, bu il yanvar ayının 10-da erməni əsilli Teni Melidonyan ABŞ Kinematoqrafiya Sənət və Elm Akademiyasının təsis etdiyi “Oskar” mükafatının baş direktoru təyin edilib. Bu barədə hollywoodreporter.com saytı yazıb və təfərrüatlı olaraq təyinat Akademiyanın icraçı direktoru Bill Kramer elan edib.
Melidonyan bütün mükafat proqramları və tədbirləri üçün strategiyaya, xüsusi tədbirlərə və istehsal qruplarına rəhbərlik edəcək.
O, Oskar prodüserləri və şoumenləri, Disney/ABC və Akademiya rəhbərliyi, o cümlədən Rəhbərlər Şurası və onun komitələri ilə sıx əməkdaşlıq edəcək və Oskar mükafatlarının hazırlanması və icrasında iştirak edən komandalara nəzarət edəcək.
Qeyd edək ki, indi də ermənilərin çəkdiyi cizgi filmi dünya gündəmindədir.
Kino və televiziya xəbərləri orqanı olan “Irish Cinephile”-nin məlumatına görə, rejissor İnna Sahakyanın "Avrora şəfəqi " (Aurora’s sunrise) cizgi filmi 2023-cü ilin 25 ən yaxşı filmi sırasındadır.
"Avrora şəfəqi” animasiya həm də sənədli filmdir. Film guya qondarma erməni soyqırımından xilas olunan Arşaluys (Avrora) Mardiqanyanın keçdiyi "acı" həyat yolu haqqındadır. Filmdə onun Hollivud səssiz filminin ulduzuna necə çevrildiyi təqdim olunur.
Ermənistan-Almaniya-Litva birgə filmidir (istehsal şirkətləri: “Bars Media”, “Gebrueder Beetz Filmproduktion”, “Artbox Laisvalaikio Klubas”) film bir neçə ölkədə nümayiş olunub və mükafatlar qazanıb.
Yeri gəlmişkən. rejissor Armine Andanın "Uçan yarpaqların mahnısı" qısametrajlı cizgi filmi 2023-cü ildə dünya premyerasından sonra doqquz ay ərzində 45 kinofestivalda iştirak edib və doqquz mükafat alıb.
2024-cü ilin yanvar ayında film “Horizonts” Paris Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramına və Portuqaliyada keçirilən “IndieJunior Porto” beynəlxalq uşaq filmləri festivalının müsabiqəsinə daxil edilib. Bu barədə Ermənistan Milli Kino Mərkəzi məlumat verir və xatırladır ki, film Ermənistan Respublikasının Təhsil və Mədəniyyət Nazirliyindən dövlət maliyyə dəstəyi alıb. “Uçan yarpaqların mahnısı” Ermənistanın “Hoşki Film” və İranın “Huraxsh Studioz” şirkətlərinin birgə istehsalı olan ilk erməni-İran animasiya filmidir.
Demək ki, erməni olmaq, irəliyə getməyin, yüksəlməyin qayəsi öz xalqının xidmətində durmaqdan ibarət imiş.
P.S. Düzünü deyim, ermənilərdə həsəd apardığım, paxıllığım tutan yeganə hal odur ki, üstündə erməni adı olan, erməni kimliyinə uzaqdan-yaxından azacıq qarışacağı olan mütləq Ermənistan üçün ermənilərin xeyri üçün çalışır, dəridən qabıqdan çıxır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri konsert proqramı ilə çıxış ediblər

Ankarada Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb - FOTOLAR

Arzu Əliyeva rəsm qalereyasında iştirak edib - FOTOLAR

Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır – FOTOLAR

Liderlər “Laçınım”ı dinlədilər - VİDEO

Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
