Ərdoğanla Paşinyan telefonda nədən danışıb? - Türkiyə Prezidenti AÇIQLADI
"Ermənistandan prosesi uzatmaq əvəzinə, güclü iradə nümayiş etdirməsini gözlədiyirik",
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu gözləntilərini sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı da bildirin: "Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan normallaşma prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək".
Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcək: "Ümidvaram ki, səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaq. Mənə və nümayəndə heyətimə göstərilən müsbət qəbula görə qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etmək istəyirəm"..
Digər Xəbərlər
05 Aprel 2026 20:20
Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü
05 Aprel 2026 20:19
“Onlara silah göndərdik, amma kürdlər özlərinə götürdülər” - Tramp
05 Aprel 2026 15:38
İsveçdə Epşteyn işinin araşdırılmasından imtina edildi
05 Aprel 2026 10:00


Bakı -°C

