adalet.az header logo
  • Bakı -°C
29 Iyul 2026 20:42
71
DÜNYA
A- A+

Ərdoğanla müqaviləni imzalamaq istəmədi, kəskin tapşırıq aldı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Baş Naziri Əli ez-Zeydinin Beştəpədə keçirdiyi birgə mətbuat konfransından sonra təşkil olunan imzalama mərasimində gözlənilməz anlar yaşanıb.

Adalet.az 
xəbər verir ki, ​iki ölkə arasında 5 müqavilə imzalanması nəzərdə tutulsa da, “İnkişaf Yolu” müqaviləsi üçün masaya əyləşən İraqın nəqliyyat naziri Vəhb Həsəni mətni imzalamayıb. Onun bu davranışı Ərdoğanın təəccübünə səbəb olub. 

"Hakan, (Hakan Fidan - red.) 5 saziş imzalanmayacaqdı?" deyə o soruşub.

​Yaranan gərginliyə dərhal İraqın Baş Naziri Əli ez-Zeydi müdaxilə edib. O, iştirakçıların gözü qarşısında nazir Həsəniyə müqaviləni imzalaması barədə kəskin tapşırıq verib.

​Baş nazirin xəbərdarlığından sonra nazirin sənədə qol çəkməsi ilə anlaşılmazlıq aradan qaldırılıb. Hadisənin İraq nümayəndə heyəti arasında yaranan texniki problemdən qaynaqlandığı bildirilir.