Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
“Regionumuzda sabitliyin təmin olunmasına çalışırıq”.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və ticarət sahəsində əməkaşlığa dair Daimi Komitəsinin noyabrın 28-də İstanbulda keçirilən 38-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibənin başa çatmasına çalışır: “Bunun üçün hər iki ölkənin liderləri ilə dostluq münasibətindən də istifadə etdik, nazirləri görüşdürdük”.
R.T.Ərdoğanın sözlərinə görə, “Taxıl sazişi”nin uzadılması Afrika qitəsinin aclıq problemlərinin həllinə töhfə verə bilər.
Türkiyə lideri müsəlman ölkələrini dünyadakı haqsızlıqlara qarşı birgə mübarizəyə çağırıb.
“Yunanıstandakı müsəlman-türk azlığına qarşı haqsız davranışlar illərdir davam edir. Orada türk azlığına müəllimlərə ana dilində dərs demək qadağan edilib. Müsəlman dünyası buna səssiz qalmamalıdır”, - R.T.Ərdoğan söyləyib.
Dövlət başçısı bildirib ki, Türkiyə Suriyadakı xaosun da həllinə çalışır. /Report
Digər Xəbərlər
05 Oktyabr 2026 20:35
Ağ Evin keçmiş mətbuat katibinə yeni vəzifə verildi
05 Oktyabr 2026 20:24
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
05 Oktyabr 2026 20:12
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
05 Oktyabr 2026 19:49
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
05 Oktyabr 2026 19:33
İranın daxili işlər naziri Qətərə səfər edib
05 Oktyabr 2026 17:26
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
05 Oktyabr 2026 17:15
Rusiya azərbaycanlıların da olduğu Türkiyə gəmisini vurdu - Kapitan həlak olub
05 Oktyabr 2026 13:52


Bakı -°C

