adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Yanvar 2015 12:56
2109
DÜNYA

Ərdoğandan ABŞ-a Gülən tələbi

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Gülən camaatının lideri Fəthullah Gülənin Amerikadan deportasiya edilməsini istəyib.


Bu barədə ölkə başçısı TRT-nin canlı yayımında çıxış edərkən deyib.

Ərdoğan F.Gülənlə bağlı ABŞ-a müraciət edib: "Mənim üçün əsas olan onun ölkədən deportasiya edilməsidir, geri qaytarılması yox. Deportasiya edilsin və Amerika ən azından "Strateji ortağım” dediyi Türkiyəyə qarşı öz öhdəliyini yerinə yetirsin. Belə bir təşkilatın başçısı artıq Amerikada saxlanılmamalıdır. Çünki Amerika-Türkiyə münasibətləri baxış bucağından bu önəmlidir”.