Ərdoğan və Şarl Mişellə müzakirə apardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Ş.Mişel Prezident Ərdoğana telefonla zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Telefon danışığı zamanı regional məsələlər də müzakirə edilib.
R.T.Ərdoğan Avropa üçün böyük strateji dəyəri olan Türkiyənin Aİ-yə tam üzvlüyü istiqamətində konkret bir gündəmlə təmasları bütün səviyələrdə artırmaq lazım olduğunu qeyd edib.
Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan prezident Ərdoğan Türkiyəyə ədalətli münasibətin və tamhüquqlu üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlər açacağını bildirib.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:51
Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
21 Sentyabr 2026 07:20
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
21 Sentyabr 2026 07:16
İtaliyada niqab qadağan edilir
21 Sentyabr 2026 07:15


Bakı -°C

