adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Iyul 2020 22:43
19812
SİYASƏT

Ərdoğan və Putin Azərbaycan və Ermənistan sərhədində eskalasiyanı müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Türkiyə-Rusiya əlaqələrinin gücləndirilməsi üzrə addımları müzakirə ediblər.

Dövlət başçıları həmçinin Azərbaycan və Ermənistan sərhədində gərginliyin artması ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Liviya və Suriyadakı vəziyyət də müzakirə edilib.

Liderlər ikitərəfli əlaqələr və regional gündəliyə dair əməkdaşlıq və dialoqun inkişaf etdirilməsi barədə razılığa gəliblər.