Ərdoğan “Twitter”də Trampa cavab verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa cavab verib.
Ərdoğan fikirlərini "Twitter” hesabında paylaşıb.
"Cənab Prezident, biz bəşəriyyətin qatı düşməni terrorizmə qalib gəldiyimiz zaman daha çox həyatlar xilas ediləcək. Əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək" - deyə Türkiyə lideri Trampın "Twitter”dəki paylaşımına cavab olaraq yazıb.
Qeyd edək ki, ötən gün Türkiyə ilə ABŞ arasında Suriyanın şimalında atəşkəslə bağlı razılıq əldə olunub. Bu münasibətlə ABŞ Prezidenti Donald Tramp Ərdoğana təşəkkürünü bildirib.
"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Tramp vurğulayıb.
Digər Xəbərlər
03 May 2024 13:36
Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib
03 May 2024 11:19İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
03 May 2024 10:04