adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Avqust 2014 12:26
9838
SİYASƏT

Ərdoğan Türkiyəyə yeni nəfəs gətirəcək

Türkiyədəilk dəfə xalqın səsverməsi ilə keçirilən seçkilər başa çatdı və  12-ci prezidentin adı Rəcəb Tayyib Ərdoğanoldu. Ərdoğan bu qələbəsi ilə Türkiyə siyasətində bir ilki reallaşdırdı. Ardıcıl9 seçkidə qələbə qazanan AKP və onun rəhbəri Ərdoğan bir daha sübut elədi ki,türk xalqı onu dəstəkləyir, onun rəhbərliyi altında həyata keçirilən siyasəti bəyənir.

Prezidentseçkiləri zamanı ciddi qarşıdurmaların olmaması, namizədlərin biri—birinə hörmətləyanaşması və səsvermə prosesinin tam demoktarik şəraitdə həyata keçirilməsiTürkiyə siyasətinin demokratiya yolunda qətiyyətlə irəliləməsindən xəbər verir. 

Bir sıra ekspertlər hesab edir ki, Ərdoğanın qazandığı zəfər əbəs deyil. Bunu şərtləndirənamillər arasında Türkiyənin regionda yürütdüyü siyasətlə bağğlıdır. Eynizamanda ABŞ və Qərbdən ciddi dəstək alan AKP hakimiyyəti daha bir neçə illərTürkiyədə siyasətin ana xəttini müəyyənləşdirəcək.

Ekspertləronu da qeyd edir ki, bu seçki müxalif cəbhədə bir mənalı qarşılanmayacaq. Müxalifətinvahid namizədi olan professor İhsanoğlunun məğlubiyyətə uğraması müxalifətdə təlatümlərə,istafalara səbəb olacaq. Türkiyəli politoloqlar hesab edir ki, CHP-dəqurultayın çağırılması, CHP lideri Kamal Kılıcdaroğlunun sədrlikdənuzaqlaşdırılacağı gözlənilir.

Türkiyədəkeçirilən prezident seçkiləri Azərbaycan üçün də olduqca maraqlıdır. AzərbaycanlaTürkiyənin dostluq-qardaşlıq mövqeyində olması, Ərdoğanin Dağlıq-Qarabağmünaqişəsinə həssas yanaşması baxımından Ərdoğanın qələbə çalması Azərbaycanüçün məqbul sayıla bilər. Bunun bariz nümunəsidir ki, yeni prezindeti təbrik edənlərarasında ilk olaraq Azərbaycan prezidenti İlham Əliyev yer aldı. Ərdoğan rəhbərliyialtında Türkiyənin daim Azərbaycanın yanında olacağı, Qarabağ münaqişəsininnizama salınmasında əlindən gələni əsirgəməyəcəyini bəri başdan söyləmək olar.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasınınüzvü Məzhər Bağlı bununla bağlı açıqlama verib. Qeyd edib ki, Rəcəb TayyibƏrdoğanın prezident seçkilərində qalib gəlməsindən sonra Ankara Azərbaycan ilə əlaqələridaha da möhkəmləndirəcək.  Onun sözlərinəgörə, Azərbaycan Türkiyə üçün mühüm ölkələrdən biridir: "Türkiyə daim Azərbaycanınproblemlərini özününkü kimi qəbul edir, onun uğurlarını da öz uğuru hesabedir".

Sonda onu qeyd edək ki, Ərdoğan rəhbərliyi altında Türkiyə regiondadaha böyük güc sahibinə çevriləcəyi qaçılmazdır. Eyni zamanda yaxın illər ərzindəTürkiyənin Avropa Birliyinə tam səlahiyyətli üzv olacağı, qərblə aralarındaolan soyuq münasibətlərə son qoyacağı gözlənilir.

Uğurlar Rəcəb Tayyib Ərdoğan!