adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Iyul 2016 10:22
5244
SİYASƏT

Ərdoğan Türkiyə xalqına müraciət etdi

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanxalqa müraciət edərək ölkədəki vəziyyətə təmkinli yanaşmağa çağırıb.

Adalet.az-ın TASS-a istinadən xəbərinə əsasən, Ərdoğan çıxışında bildirib ki, Türkiyədə çevriliş cəhdindən sonra həbs olunan hərbçilərin və mülki şəxslərin sayı 13156 nəfər təşkil edib. Onların arasında 126 general var.

Prezident bütün dövlət təşkilatlarının Fətullah Gülənin tərəfdarlarından təmizlənəcəyinə söz verib.

"Ölkəmiz sağalmağa doğru gedir. Türkiyə iqtisadiyyatı sabitliyi saxlayır və inkişaf edir. Gələcəkdə çox mühüm layihələrin həyata keçirilməsi gözlənilir”, - Ərdoğan deyib.