Ərdoğan: PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək
Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək.
Adalet.az "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir qrup nazir və deputatla görüşündə deyib.
Onun sözlərinə görə, bundan sonra bütün Türkiyə üçün yeni dövr başlayacaq: "Bu mənada, siyasətin üzərinə böyük iş düşəcək. Bu prosesdən siyasi olaraq faydalanmaq istəyənlər ola bilər, buna hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm".
Prezident görüşdə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı maliyyə cinayətlərinin araşdırılmasına da toxunub: "Bizim vəzifəmiz məhkəmənin öz işini görməsini təmin etməkdir".
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

