Ərdoğan İlham Əliyevi təbrik etdi - YENİLƏNİB
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Cənab Prezident, Əziz Qardaşım.
Sizi doğum gününüz münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı, rifah və ailənizlə birlikdə uzun ömür arzulayıram.
Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsi, regional və beynəlxalq siyasətdə nüfuzunun artması bizim üçün böyük məmnunluq və qürur mənbəyidir.
Beşinci ildönümünü birlikdə qeyd etdiyimiz şanlı Vətən müharibəsi Zəfərindən sonra həyata keçirilən sülh prosesinin davamlı bir razılaşma ilə nəticələnməsini arzu etdiyimi bir daha vurğulamaq istəyirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun inkişafına xidmət edəcək.
Türkiyə və Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklərə malik qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu "Bir millət, iki dövlət" prinsipi ilə hər gün daha da güclənir.
Möhkəm təməllər üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və hər sahədə nümayiş etdirdiyimiz yüksək səviyyəli əməkdaşlıq sayəsində regionumuzun taleyini və gələcəyini formalaşdıran birgə layihələrimizi həyata keçirmək üçün güclü iradəyə malik olduğumuz birmənalıdır.
Əziz Qardaşım, Sizi bir daha doğum gününüz münasibətilə ürəkdən təbrik edir, fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı çatdırıram".
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

