Ərdoğan Fahrettin Altunu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər nazirinin müavini Burhanəddin Duranı Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun yerinə təyin edib.
Adalet.az xəbər verir ki, bu haqda məlumat “Resmi Gazete”də dərc olunub.
Fahrettin Altun isə prezidentin sərəncamı ilə Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) prezidenti təyin edilib.
Qeyd edək ki, Altun 2018-ci ildə qurulduğu gündən etibarən Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, Altun Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) rəhbəri vəzifəsini Burhanəddin Durana təhvil verərək Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri olmuşdu.
Digər Xəbərlər

Makronun əli yenə havada qaldı - VİDEO

Makronun arvadının kişi olduğunu iddia edən jurnalist bəraət aldı

Zelenskinin görüşündə casus tərcüməçi qalmaqalı

Qutsulun ev dustaqlığının müddəti daha 30 gün uzadılıb

Qəzzaya humanitar giriş genişləndiriləcək

Zəngəzur dəhlizinə nəzarət Amerika şirkətinə verilə bilər - Ermənistan XİN-dən açıqlama

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib
