Ərdoğan Baxçalı ilə danışıqlara başlayır
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün saat 16:00-da Ankarada Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşəcək.
Adalet.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə baş nazir Binəli Yıldırımın da iştirak edəcəyi gözlənilir. Bu, 24 iyun Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra Ərdoğanla MHP sədrinin ilk görüşü olacaq. Lakin görüşdə nələrin müzakirə olunacağı açıqlanmır.
Bununla belə, Baxçalı ilə görüşün prezident üsul-idarəsinə keçid məsələsini müzakirə etmək üçün Ərdoğanın dünən baş nazir və hökumət üzvlərini toplamasından sonra keçirməsi diqqət çəkib.
Qeyd edək ki, Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) ilə MHP "Cumhur İttifaqı” quraraq seçkilərə vahid siyasi blokdan qatılmışdılar. MHP sədri Dövlət Baxçalının müavini Səfər Aycan bəyan edib ki, parlament seçkilərində 49 yer qazanan MHP Türkiyə Böyük Millət Məclisində "açar rol” oynayacaq: "Bundan sonra parlamentdəki siyasəti MHP aparacaq. Biz nə deyəcəyiksə, o olacaq.”
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41