Ərdoğan: “Bakıdakı zirvə görüşü tarixə düşəcək”
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci Zirvə görüşü tarixə düşəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, Bakı görüşündə Özbəkistanın tamhüquqlu üzv kimi Türk Şurasına qatımasına şahidlik ediləcək.
"Özbəkistanın bu birliyə qatılması Türk Şurasını daha da gücləndirəcək. Eyni zamanda, Qazaxıstanın ilk prezidenti hörmətli Nursultan Nazarbayev Türk Şurasının Fəxri sədri elan olunacaq. Biz Nazarbayevin zəngin təcrübəsindən istifadə edəcəyik. Türk dünyası arasında əməkdaşlığın, birliyin daha da güclənməsi bizim üçün iftixar hissi yaradır”.
Ərdoğan Bakıda Türk Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyini əlavə edib: "Onlara "Barış pınarı” əməliyyatı haqqında ətraflı məlumat verəcəyik. Bakıdakı iclas və görüşlər Türk Şurası ölkələri ilə əlaqələri daha da inkişaf etdirəcək”.
Türkiyə prezidenti Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşəcəyini vurğulayıb. Daha sonra o, Bakıya səfərə yola düşüb.(azvision.az)
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44