adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Dekabr 2019 10:25
30816
DÜNYA

Ərdoğan: Ankara qaçqınlar məsələsini “təkbaşına” həll etməyəcək

Türkiyə nümayəndə heyəti dekabrın 23-də Suriyanın İdlib əyalətindəki vəziyyəti müzakirə etmək üçün Moskvaya səfər edəcək.

"Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

Türkiyə liderinin sözlərinə əsasən, nümayəndə heyəti İdlibdə hücumların dayandırılması üçün tədbirləri müzakirə etməklə bağlı Rusiyaya gedəcək.

Ərdoğan bildirib ki, yaraqlıların hücumlarına görə əyalətin artıq 80 min nəfərdən çox sakini Türkiyə sərhədinə miqrasiya etməyə başlayıb və əlavə edib ki,Ankara qaçqınlar məsələsini "təkbaşına” həll etməyəcək.