Ərdoğan 7 ildən sonra Almaniyaya gedir
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 27-29 sentyabr tarixlərində Almaniyaya 3 günlük rəsmi səfəri çərçivəsində alman həmkarı Frank-Valter Ştaynmayer və Almaniya kansleri Angela Merkellə müzakirə edəcəyi mövzular açıqlanıb.
Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı iqtisadi, təhlükəsizlik, müdafiə, mədəniyyət və sosial sahələrdə ikitərəfli münasibətlər, həmçinin, Almaniyada yaşayan türk cəmiyyətinin üzləşdiyi problemlər müzakirə olunacaq. Beynəlxalq gündəmlə bağlı müzakirələrdə isə ilk növbədə Suriyadakı vəziyyət, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə prioritet olacaq. Həmçinin vurğulanıb ki, Ərdoğanın Almaniyada keçirəcəyi görüşlərdə Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələr də danışıqlar predmetini təşkil edəcək.
"Bu, son 7 il ərzində Türkiyə prezidentinin Almaniyaya ilk rəsmi səfəri olacaq. Prezident Ərdoğanın Almaniyada bir sıra ictimai birliklərin nümayəndələri və nüfuzlu türk-alman şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyi gözlənilir. Bundan başqa, prezidentimiz Kölndəki məscidin açılışında iştirak edəcək”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, alman KİV-ləri Ərdoğanın Berlinə səfəri zamanı onun şərəfinə veriləcək rəsmi şam yeməyində Merkelin iştirak etməyəcəyini yazıblar. Almaniya xarici işlər naziri Hayko Maas da Ərdoğanın səfəri zamanı BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu Yorkda olacağından rəsmi ziyafətdə və Ərdoğanla işgüzar görüşlərdə iştirak edə bilməyəcək.(azvision.az)
Digər Xəbərlər
04 May 2024 10:00
Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32