Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb
ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir.
Adalet.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib.
"Hazırda masada olan plan, əslində İranın əvvəlcə irəli sürdüyü və İranın yeddi günlük planı kimi tanınan plandır. Bu planda İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri irəli sürülüb və bildirilib ki, İranın şərtləri yerinə yetirilərsə, altıncı gün Hörmüz boğazı açılacaq, yeddinci gün isə İran və ABŞ arasında danışıqlar bərpa olunacaq", - Əraqçi "Telegram" kanalında müsahibədən sitat gətirib.
O xatırladıb ki, bu plan Nyu-Yorkda və BMT Baş Assambleyası zamanı təqdim edilib. İranın XİN rəhbəri planın detalları barədə danışıb: "Birinci gün ABŞ tərəfindən bir sıra tədbirlər görülür və ikinci gün Hörmüz boğazı açılır, gediş-gəliş əvvəlki vəziyyətinə qayıdır.
ABŞ-nin yerinə yetirməli olduğu şərtlər İslamabad Anlaşma Memorandumunda yer alıb. Əlbəttə, yeni vəziyyət də yaranıb, məsələn, anlaşma memorandumunun 9-cu bəndində qeyd olunub ki, ABŞ yeni sanksiyalar tətbiq etməyəcək və bölgədəki hərbi qüvvələrini artırmayacaq. Biz memorandumdan sonra tətbiq olunan yeni sanksiyaların hamısının ləğv edilməsini, ya da hərbi qüvvələrin azaldılmasını və əvvəlki səviyyəyə qaytarılmasını istəyirik. Həmçinin, mühasirənin aradan qaldırılması da gündəmdədir.
O vaxt həyata keçirilməsi nəzərdə tutulan neft istisnaları da bu məsələlərə daxildir. Digər şərtlər də təqdim etdiyimiz yazılı sənəddə qeyd olunub".
Onun sözlərinə görə, Hörmüz boğazında hərəkət üçün İran və Oman arasında razılaşdırılmış yeni marşrut qəbul edilməli və cənubdakı digər istiqamətlər bağlanmalıdır: "Tehranın şərtləri yerinə yetirildikdən və Hörmüz boğazı açıldıqdan sonra İran və ABŞ arasında danışıqların yenidən başlamasına yol açılacaq".
Daha əvvəl Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib ki, İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir.
Digər Xəbərlər
02 Noyabr 2026 23:56
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
02 Noyabr 2026 23:42
Əraqçi: Hörmüz boğazı açılandan sonra nüvə danışıqları mümkündür
02 Noyabr 2026 23:34
Türkiyədə seçki tarixi dəyişdirilə bilər
02 Noyabr 2026 23:19
Dövlət Baxçalıya ağır itki üz verdi
02 Noyabr 2026 22:25
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub - Zelenski açıqladı
02 Noyabr 2026 21:13
Türkiyədə zəlzələ oldu
02 Noyabr 2026 20:44
Hellouin geyimi sosial şəbəkələrdə lağa qoyuldu - VİDEO
02 Noyabr 2026 20:25


Bakı -°C

