Energetika Nazirliyində struktur islahatı aparıldı
Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq,energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqlənib.
Bu barədə Adalet.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradılıb.Yeni yaradılmış struktur vahidlərindən biri nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı olan neft-kimya şöbəsidir. Bundan başqa, nazirlikdə iş prosesinin səmərəlilik və şəffaflığını təmin edəcək xidməti yoxlamalar və inzibati-təşkilati nəzarət sektorlarından ibarət daxili nəzarət şöbəsi, vətəndaşlarla fəal kommunikasiya məqsədilə Çağrı Mərkəzi, vətəndaşların qəbulu işinin təşkili sektorları formalaşdırılıb.
Bununla yanaşı bir sıra şöbələr birləşdirilib və yenidən təşkil olunub.Yeni strukturda ştat vahidlərinin sayı olduğu kimi saxlanıb.
Aparılan dəyişikliklər Nazirliyin qarşısında duran vəzifələrin keyfiyyətlə və operativ şəkildə yerinə yetirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovdur. O, 12 oktyabr 2017-ci il tarixində bu vəzifəyə təyin olunub.
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43