adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Noyabr 2017 13:19
32109
ƏDƏBİYYAT

Ən yaxşı nasirimiz kimdir? – SORĞU

Azərbaycanədəbiyyatında müstəqillik dövründən sonra nəsrdə yetişən bir çox maraqlıimzalar var. Hansı ki bu müəlliflər ədəbiyyatda sözünü demiş yazıçılardır.

Adalet.az yazıçı,şairlərə sorğu ünvanlayıb - Son illər nəsrdə yetişən ən yaxşı imzalarhanıslardır sizcə?





Yazıçı Səfər Alışarlı:"Şərif Ağayar, Ayxan Ayvaz, Kəramət Böyükçül, Mirmehdi Ağaoğlu.”









Yazıçı Şərif Ağayar: "İstedadlı imzalar çoxdur. Lakin ilk ağla gələn MübarizÖrəndir. Doğrudan da son illərin qeyri-adi imzasıdır. Onun mətnini oxuyanda eləbil nəğmə dinləyirəm. Sözbəsöz, cümləbəcümlə, möcüzə yarada bilir. Dil onunəlində bir ayrı effekt doğurur. Bəzi ladlar tanış gəlsə də ümumən yenidir,orijinaldır. Daha sonra Mirmehdi Ağaoğlunu qeyd edrədim. Xüsusən, onun mətniqurmaq bacarığı çox üstündür. O, yazacağı hekayəni, romanı öncədən bütövşəkildə görə bilir. Daha bir nəsr hadisəsi Ayxan Ayvazdır. Ayxan nəinkihekayələrində, həm də reportaj və köşələrində yazıçı olduğunu göstərə bilir.Həm də zəhmətkeşdir. Öz üzərində işləyir, oxuyur. Ona inamım böyükdür. Başqamaraqlı imzalarımız da var. Mühit olsa, zəhmət çəksələr nəsə alına bilər.

Daha sonrabir az əvvəlki nəsildən Mübariz Cəfərli və Pərviz Cəbrayılın adını çəkməyəehtiyac duyuram. Hələ neçə il əvvəl onlar məhz oxucuların görüşünəroman-kitabla gəlirdilər. Bu ənənə demək olar ki, yaratdılar.



Yazıçı Nəriman Əbdülrəhmanlı:"Nəsrimizdə kifayət qədər sağlam ədəbi düşüncəsi olan,yetkinləşəcəyinə ümid bəslədiyim imzalar var. Onların gələcəyi öz əllərindədi,əgər özünü reklama yox, Sözə söykənsələr, uğurlu əsərlər yazacaqlar. Adlarınıçəkmək istəmirəm ki, həsəd hədəfi olmasınlar. Amma iki imzanı istisna eləyirəm.Biri Haqq dünyasında olan Mövlud Mövluddu. Ədəbi yolunu düz gedirdi. Kritikhəddə Heyif... 40 yaşından sonra daha mükəmməl əsərlər yaza bilərdi. Heyifki...

İkincisi o kritik həddən sonra yazılarını üzə çıxarmışMübariz Örəndi. Mübarizin nəsrində nəhəng yazıçı potensialı gizlənib. Əminəmki, öz ətrafından təmizlənəndən sonra daha yaxşı əsərlərini oxuyacağıq.”



Şair Aqşin Yenisey: "Mən nəsrimizhaqqında danışmaq istəmirəm, çünki həm özüm əsəbiləşəcəyəm, həm də dostlarıözümdən küsdürmüş olacağam. Bircə onu deyə bilərəm ki, nəsrimizdə heç biryenilik yoxdur, hamı bildiyi əhvalatları yazır, həmişə olduğu kimi.”






Yazıçı NarıngülNadir:"Son illər şeirdənfərqli olaraq nəsrdə uğurlu imzalar çoxdur. Düşünmədən Mübariz Örənin adını çəkəbilərəm. "Ağ buludlar” povesti, mənim düşüncəmə görə, son illərin ən uğurlu əsəridir.Ayxan Ayvazın nəsri oxucunu sehrləyə bilir. Onun hekayələrini zövq alaraq birnəfəsəoxumaq olur. Şərif Ağayar, Hədiyyə Şəfaqət maraqla oxuduğum yazarlardı. Hər ikiyazar psixoloji məqamları ustalıqla aça bilir, nəsrə poetik ovqat qatır. Gənc nəsləaid olmasa da Elçin Hüseynbəylinin adını çəkə bilərəm, romanlarını bəyənirəm.Siyahını uzatmaq, bir neçə imzanı da əlavə etmək olar... Ümumiyyətlə, məni nəsrdədaha çox üsluba önəm verirəm. Yazar nə yazdığından daha çox, necə yazdığının fərqindəolmalı, nağıl etməyi, yeri gələndə təhkiyəni impravizə etməyi bacarmalıdır. Yuxarıda adlarını çəkdiyim imzalar üslubunu, təhkiyəsiniformalaşdırmış yazarlardır.




Yazıçı Mübariz Örən:"Nəsrdə yetişmək məsələsi əslində çox mürəkkəb məsələdi.Bəlkə də belə bir anlayış heç yoxdu; nasirin "vegetasiya dövrü” bitmir. Texnoloji yeniliklərin insan beyninə "artan təcillə”nüfuz etdiyi bir vaxtda oxucunu mətnlə təəccübləndirmək olduqca çətin işdi. Tələblərdaima yenilənir, çağdaş yazıçının bu tempə davam gətirməsi üçün təkcə istedad,mütaliə, müşahidə bəs eləmir. Daima yenilənmək – generasiya etmək qabiliyyəti!– nasirin əsas məşəqqəti bax burdadır.

Nasir əməyiSizif əməyi kimi bir şeydi; - amma faydalı! - sənin zirvəyə çatdırdığın "daş”,görürsən ki, yeni açılmış bir zirvənin ətəyindədir...

Söhbət ən təzə"sizif”lərimizdən gedirsə, Şərif Ağayarı, Kəramət Böyükçolü, Ayxan Ayvazı tərəzininbir gözünə, Qan Turalını, Mirmehdi Ağaoğlunu, Seymur Baycanı o biri gözünəqoyardım ki, daş-tərəzinin "ördək”ləri rahatca-arxayın öpüşsün.”


Şair, yazar CəlilCavanşir: "Son illər Azərbaycan nəsrində diqqətimi çəkən imzaları qeyd edə bilərəm."Ən yaxşı" və ya "yaxşıların yaxşısı" yarlıqlarınıyapışdırmaq mənim işim deyil. Amma bizdən sonra gələn gənc imzalar arasındaAyxan Ayvaz, Çinarə Ömray, Ömər Xəyyam, İkinci Mahmud, Həmid Piriyev mənim üçünmaraqlıdır.”





Yazar Səxavət Sahil: "Mən düşünərəm ki Mübariz Örən,Qan Turalı, Kənan Hacı, Şərif Ağayar, Həmid Piriyev, Cavid Zeynallı, AyxanAyvaz, Ağa Cəfərli, Vüsal Nuru, Sayman Aruz kimi imzalar son dövrlərin ələdüşməzimzaları hesab oluna bilər.”









Yazar Sevinc Elsevər:"Son illər deyəndə ənyaxın beş ili götürmək olar. Şəhriyar del Geraninin, Ayxan Ayvazın, KəramətBöyükçölün, İkinci Mahmudun, Mübariz Örənin, Ömər Xəyyamın adını çəkmək olar.Bu müəlliflərin hərəsinin ən azı 2-3 hekayəsini, bəzilərinin bütöv kitabınıoxumuşam. Elə dünən İkinci Mahmudun " Ümid arısı" kitabını oxuyubbitirdim. Demək olar, 2 günə oxudum. Maraqlı idi. Ondan əvvəl Ayxanın "Buri" sini oxumuşdum. Kitab haqqında düşüncələrimi burda deməkləolmayacaq. Tənbəlliyin daşını atıb yazı yazmaq olar o kitab barədə. Kitabda birneçə hekayə vardı ki, təəssüratını ölüncə unutmaram. Oxucu üzərində uzun müddətqalıcı təsiri var o hekayələrin. Ümumiyyətlə, yeni nəsil maraqlıdı, öz üzərlərindəişləyirlər, xarici ədəbiyyatı, mətbuatı izləyənləri də var. Vəziyyət yaxşıdı.



Yazıçı Kənan Hacı: "Bir az düşünməklazım gəlir. İlk öncə ağlıma Şərif Ağayar gəlir. Şərif son illərin ən uğurluyazıçılarından oldu. Gənclərdən Kəramət Böyükçölü deyə bilərəm. Heyif ki,jurnalistika onu yeyib-tükədir. Onun "Çöl" və "Səkkizinci gün"romanları kifayət qədər ciddi əsərlərdir. Mübariz Örənin adını çəkə bilərəm.Gec gəlsə də öz imzasını təsdiq edə bildi. Mübariz stixiyası olan yazıçıdır. SəxavətSahilin "İsanın qadını" romanı yanaşma baxımından nəsrimizdə yenidir.Səxavətdən çox ciddi əsərlər gözləyirəm. Mirmehdi Ağaoğlu var, Ayxan Ayvaz var.Son illərdə onların bir-birindən maraqlı hekayələrini oxumuşam və hesab edirəmki, onlar artıq peşəkar nasirdirlər.”






Yazar Günel Natiq: "Nəsrdə orijinallıq əsas olmalıdır. Elə əsərlər varki, çox təriflənir, amma oxuyanda görürsən ki, mətnin alt qatı yoxdu, hər şeyzahirdə baş verir. Məna boşluğu var və oxucu yazını oxuyub qurtardıqdan sonra oboşluğu öz içində hiss edir. Bu çox qıcıqyaradan bir hisdir, belə kitablarıoxuduqda mənim enerjim tükənir, əsəblərim gərilir. Bəlkə də zəif mətn qədər mənəəzab verən, əsəbiləşdirən ikinci bir nəsnə yoxdur. Bu mənada yaxşı əsərlərenerji verir, beynimə yeni informasiyalar yükləyir.

Məncə ədəbiyyatnümunəsi güclü hislər doğurmalıdır. Elə hislər ki, oxucunun ön yarğılı münasibətiniüstələsin. Şərif Ağayarın "Arzulardan sonrakı şəhər”i və "Gülüstan”ı belə dərinhisslər doğurur. Yazıçı insan ağrıları haqqında sakit bir tərzdə yazır və busakit ağrılar müharibə mövzusunda yazılan əsərlərin fəryadından daha çox yaddaqalır. Son illərdə yaranmış uğurlu əsərlərin müəllifi kimi Kənan Hacını qeyd edərdim,Kənan bəyin əsərlərinin (Məsələn, "Çəhrayı qan”, "Fironun dəftəri”) diliorijinaldır, təzədir, müəllifin tanış deyimləri yeni tərzdə ifadə etmək özəlliyivar. Son illər nəsrdə yetişən ən güclü imzalardan olan Mübariz Örənin "Balıqgülüşü” son illərdə yaranmış ən yaxşı əsərlərdən biri sayılır. Həmid Herisçiözünü təsdiqləyən imzalardandır. Rasim Qaraca nəsrdə də öz sözünü uğurla deyir.Təranə Vahidin uğurlu hekayələri var, Kaşğarlı mükafatını qazanmış "Mən toz dənəsiyəm”hekayəsi çox təsirlidir və hər zaman aktuallığını saxlayacaq. Son illərdə yetşənən güclü imzalardan biri Qismət Rüstəmovdur. Qismət Rüstəmovun hər bir essesibir təkrarsız nəsr hadisəsidir. Alpay Azərin, Ayxan Ayvazın hekayələrinioxuyuram, maraqlı nümunələrdir...

Gəncnasirlərin əksəriyyətinin yazılarını tam dolğun və yeni hesab etmirəm. Məncəyazmağa tələsirlər.”