adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyun 2022 12:54
920
MARAQLI

Ən qəribə təsadüflər…

Tez- tez eşidirik ki, insanlar təsadüf və zərurətlər barədə danışırlar. Bəzən təsadüflər zərurətdən doğur deyirlər. Bəzən bu anlayışlar bir- birinin əksi və bəzən də eyni kimi qəbul olunur. Bir çox hallarda təsadüf —zərurət hadisələri az qala şok effekti yarada bilir.

İndi isə dünyada müxtəlif zamanlarda baş verən təsadüflər barədə məlumat vermək istərdim. Bunlardan biri Amerikalı yazıçı Mark Tven və Qalley kometi haqqındadır.1835-ci ildə Qalley kometi yerin yaxınlığından keçən gün məşhur yazıçı Mark Tven dünyaya gəlib. Maraqlısı odur ki,1910-cu il komet növbəti dəfə Yerin yaxınlığından keçdiyi gün yazıçı vəfat edir. 1909-cu ildə yazıçı öz ölüm xəbərini yazmışdı: "Mən dünyaya Qalley kometasi ilə gəlmişəm və gələn il həmin komet ilə dünyanı tərk edəcəyəm”.

Daha təsadüf isə kitabla bağlı olan təsadüfdür.1920-ci ildə yazıçı Enni Perriş Parisdə istirahət edərkən kitab mağazasında sevdiyi uşaq kitabı "Cek Frost və başqa hekayələr”i alır. Enni kitabı ərinə göstərərək uşaqlıqda onu çox sevdiyindən danışır. Əri kitabı Ennidən alaraq titul vərəqindəki yazını oxuyur. "Enni Perriş, 209 H. Uebberstrit, Kolorado Sprinqs”. Bu uşaqlıqda Enniyə məxsus olan həmin kitab idi! Bu qədər təsadüf ola bilərmi?

Tarixdə baş vermiş yad adamlarla bağlı olan daha bir təsadüf isə qatarda baş verib.1920-ci ildə qatarda eyni kupedə üç ingilis səyahət edərkən tanışlıq zamanı qəribə bir təsadüf ortaya çıxır. Beləkisərnişinlərdən birinin soyadı Binkhem, ikincisinin soyadı Pauell, üçüncüsünün soyadı isə Binkhem- Pauell idi. Onların bir-biri ilə heç bir qohumluq əlaqəsi olmayıb.

Daha bir maraqlı hadisəİtaliya kralı I Umberto ilə bağlıdır. Kral bir günnahar etmək üçün Montsa şəhərində kiçik bir restorana daxil olur. Hörmət əlaməti olaraq kralın sifarişini restoran sahibi qəbul edir. Restoran sahibi həm bədən quruluşu, həm də sifət cizgiləri ilə krala çox bənzəyirdi. Onlar bir qədər söhbətdən sonra başqa oxşar cəhətlər də aşkar edirlər: həm kral, həm də restoran sahibi eyni ildə, eyni gündə və eyni şəhərdə anadan olmuşdular-1844-cü il martın 14-də. İkisinin də həyat yoldaşının adı Marqarita idi. Restoranın sahibi oranı I Umbertonun tacqoyma mərasimi günü açmışdı.Amma bu təsadüftəkcə bununla yekunlaşmır. 1900-cü ildə Umbertoya xəbər çatır ki, restoran sahibi bədbəxt hadisə nəticəsində açılan güllədən ölüb. Başsağlığı verməyə macal tapmamış kralın karetasını əhatə edən camaatın içindən bir anarxist atəş açaraq onu öldürür.

Beləliklə tarixdə baş verən bir çox təsadüflər bəzən böyük heyrətlərə səbəb olur. Bununla da bir daha əmin oluruq ki, dünyada hələ bizim məlumatımızın olmadığı xeyli qəribə təsadüflər var. Və heç şübhəsiz ki, bundan sonra da gələcək zamanlarda da belə hadisələr təbii olaraq baş verəcəkdir. Yenə də nə olmasından asılı olmayaraq baş verənlərin sonu təkixeyirliyə olsun.

HAZIRLADI :BÜNYAMİN BÜNYADZADƏ