adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Iyul 2022 14:21
926
MARAQLI

Ən fərqli hərbi xidmət qaydaları...

Dünyada fərqli qayda —qanunlar içərisində hərbi xidmət birmənalı olaraq mövcuddur. Hərbi güc hər zaman istənilən dövlətin əsas hədəflərindən biridir. Hətta müasir dövrdə hər nə qədər humanizm aktual olsa da yenə də hərbi güc öz vacibliyini qoruyur. Bu günən güclü orduya malik dövlətlərdən olan Türkiyədə çağırış sistemitam fərqlidir. Hazırda Türkiyədə əsgərlik yaşı 20-dir. Vətəndaşlar 15 ay həqiqi hərbi xidmət keçir və 40 yaşınadək ehtiyatda olurlar.

Xatırladaq ki, hazırda dünyada məcburi həqiqi hərbi xidmət üçün minimum yaşın 20 olduğu 2 ölkə var: Türkiyə və İspaniya. Qonşu Gürcüstan isə artıq dörd ildir çağırışçılardan ibarət ordudan imtina edərək, Silahlı Qüvvələri müqavilə əsasında formalaşdırır. Ümumilikdə Gürcüstanda hərbi xidmət üçün yaş senzi 18-34-dür. Gürcü çağırışçılar hər il 18 gün hərbi hazırlıq keçməklə ehtiyata buraxılırlar. MDB-də ən çevik səfərbərlik sisteminə malik olan Gürcüstanda ehtiyatda olan vətəndaşlar səfərbərlik elan ediləndə ştatında olduqları briqadanın harada toplanacağını və formalaşdırılacağını, silah və təchizatın haradan alınacağını bilirlər.


Rusiyada 18-27 yaş arası kişilər üçün əsgərlik məcburidir. Ali təhsillilər 12 ay, digərləri isə 18 ay əsgərlik çəkirlər.

Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 2 ildir.

Qonşu İranda 19 yaşına çatmış vətəndaşlar silahlı qüvvələrdə hərbi xidmətə çağırılsalar da mövcud qanunvericilik vətəndaşların könüllü şəkildə 16 yaşında belə orduda xidmət etməsinə icazə verir. 15 yaşlı vətəndaşlar isə “Bəsic” Qüvvələrində xidmət edə bilərlər. İranda hərbi xidməti öhdəçiliyi 18 aydır.


Avropada da hərbi xidmət keçmə müddəti fərqlidir


Ordusuna görə dünyanın ən qabaqcıl ölkələrindən biri sayılan Almaniyada məcburi hərbi xidmətə cəlb etməyə İkinci Dünya müharibəsi dövründə başlanıb. Almaniya bu yolla həmin dövrdə qüvvətli və böyük bir ordu formalaşdıra bilmişdi. Hazırda bu ölkədə əsgərlik müddəti 6 aydır. Qadınlar da könüllü əsgərlik edə bilərlər. Lakin Almaniyada əsgərliyə getmək istəməyənlər üçün dövlət fərqli şərtlər irəli sürür. Məsələn, əsgərliyə getməyənlərə ya sosial xidmət sahələrində iş verilir, ya da onlar xarici əlaqələr sahəsində ən azı 18 ay işlədilirlər.


2009-cu ildən bəri Yunanıstanda kişilər üçün 9 ay məcburi əsgərlik tətbiq edilir. Yunan ordusunda qadınlar da əməkhaqqı ilə çalışa bilərlər, ancaq bu, məcburi deyil. Avstriyada 18 və 35 yaş arası kişilər üçün 6 ay əsgərlik məcburidir. Ancaq əsgərliyə getmək istəməyənlər 9 ay ictimai işlərdə çalışa bilərlər.Nizami ordusu olmayan İsveçrədə hərbi xidmət tam fərqli formada həyata keçirilir. Vətəndaşlar hərbi xidməti hər il bir neçə həftə olmaqla keçirlər.


Dünyada ən qəribə hərbi xidmət növlərindən biri İsraildə həyata keçirilir. İsraildə 18 yaşı tamam olmuş, yaxud 12-ci sinfi bitirmiş kişilər və qadınlar məcburi olaraq hərbi xidmət keçməlidir. İsrailli ərəblər, hamilə və evli qadınlar üçün əsgərlik məcburi deyil. Əsgərlik xidməti qadınlar üçün 2, kişilər üçün 3 ildir.Alternativ xidmətin müddəti də normal əsgərlikdə olduğu kimi 12 aydır.


Norveçdə əsgərlik müddəti 12 aydır. Praktika, təcrübə dövrü isə 8-9 aydır. Mükəlləfiyyətli xidmət dövrü 6 aydır. Ancaq bu xidmət növünü seçənlər 44 yaşlarına qədər hər il ikihəftəlik kurslarda iştirak etməlidirlər.

Danimarkada xidmət dövrü rütbəyə görə 3-14 ay arasında dəyişir. (Orta müddət 9 aydır). 1917-ci ildə burada alternativ xidmət haqqında qanun qəbul edilib. Bu statusu tanıyan ilk Avropa ölkəsidir. Alternativ xidmət müddəti də 3 aydan 14 aya qədər çəkə bilir. Bu ölkədə xidmət dövrünün ciddi şəkildə – 4 aya qədər azaldılması nəzərdə tutulur.


Finlandiyadaxidmət müddəti rütbəyə görə 180, 260 və ya 362 gün olaraq müəyyənləşdirilib. Böyük əksəriyyət 180 günlük xidmət keçir. Alternativ xidmət müddəti isə 395 gündür. Burada da məcburi əsgərlik sisteminin ləğvi nəzərdə tutulur.

Polşada hərbi xidmət məcburidir və müddəti 10 ay müəyyənləşdirilib. Universitet məzunları isə 3 ay əsgərlik çəkirlər. 1988-ci ildən alternativ xidmət statusu qanuniləşdirilib. Alternativ xidmət müddəti 18 ay, universitet məzunları üçün isə 6 aydır.

Bolqarıstanda xidmət müddəti 9 aydır, ancaq universitet məzunları üçün 6 aylıq xidmət imkanı da yaradılıb. Alternativ xidmət müddəti 13,5 ay, universitet məzunları üçün isə 9 aydır.

1 milyard 200 milyon əhalisi olan və dünyada ən böyük səfərbərlik resursuna malikÇin Xalq Respublikasında məcburi xidmət sistemi tətbiq edilir. Ehtiyac olduğu təqdirdə, qadınlar da əsgərliyə aparılır. Xidmət müddəti quru qoşunlarında 3, dəniz və hava qüvvələrində isə 4 ildir. Burada alternativ xidmət sistemi yoxdur.


Hərbi ekspertlər hesab edir ki, Azərbaycanda hərbi xidmət keçmə müddəti azaldılmalıdır.

Uzun müddətdir ki, bununla bağlı müxtəlif fikirlər səsləndirilsə də hələ ki, hərbi xidmət müddəti ali təhsillilər üçün 12, ali təhsili olmayanlar üçün 18 ay olaraq qalır.

HAZIRLADI :BÜNYAMİN BÜNYADZADƏ