adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Oktyabr 2015 16:04
56781
MÜSAHİBƏ

“Ən böyük sərvətimiz şəhidlərimizdir” – Milli Qəhrəman adından imtina edən qazi

Qazinin yanına baş çəkəndə çox xudbin və qayğısızgörünürdü. Elə müsahibəm də "Necəsiz?”lə başladı. Əslində bu sualı verənə kimiçox fikirləşdim, verimmi, verməyimmi? Qazinin cavabında qısa müddət ərzindəsusmağı məni bir daha düşünməyə vadar etdi. Üzüntü və fəryad qopurdu içindən.Dedi necə ola bilərəm: Pis.

-Deyəsən münasib vaxtda gəlməmişəm...

-Yox, cavan oğlan, yaxşı vaxtda gəldin, səni yoracambu gün. Xəstə adamlar bir az kaprizli olurlar.

-Xoşdur!

-İndi xoş olan bir şey görmürəm. Çünki, hislərim mənəqayğısız olduğumdan xəbər verir, unudulmuşam! Amma doxsanıncı illərdə vuruşandanə əsgər yoldaşlarımı, nə də millətimi unutmamışam. Mən xalqımı düşünərəkdöyüşmüşəm, hər zaman ağlımda tutmuşam.Bəlkə sizi kifayət qədər tanımırlar? Arif Məhərrəmov kimdir?

Arif Məhərrəmov "20 yanvar” faciəsində özü və həyatyoldaşı yaralanan, daha sonra tutulub zindanlarda işgəncə alan insan türmədəntürməyə gedənə qədər öncə onun xəbəri gedir. Məni Moskvadan bir başa türmələrin Mərkəzi Birləşmiş Xəstəxanasına gətirdilər. Məni orada Lotu Orim qarşıladı. Xəstəxanayagələndə vəziyyətim çox ağır idi. Çünki zindanda mənə çox işgəncələr vermişdilər.Danışmaqda çətinlik çəkirdim, ağzımdan qan gəlirdi. Lakin düşmən mənə atəş açsada, mənə işgəncələr versələr də onlar məni öldürə bilmədi. Allahın izniyləBakıya gəlib çıxdım. Amma təəssüf ki, mərd insanları qəbul etməyən insanlar davar. Tarixi yada salaq: İstər Babək olsun, İstər Koroğlu olsun, həmin şəxsiyyətlərtarixin salnaməsini yaratmış insanlardır. Onları da namərdlər öldürdülər. Bizimgənclər tarixi vərəqləyə bilər ancaq onlar fərqinə varmırlar ki, qəhrəman hərdövrdə var, vaxt gələcək bizimlə eyni dövrü yaşamayan cəmiyyət yaranacaq, baxonlar tarix kitablarında Cavanşir kimi, Babək kimi şəxslərlə bizi eyni səviyyədətutacaqlar. Xətai böyük bir Azərbaycan yaratdı, amma nə Göyçəmiz qaldı nə Zəngəzurumuz.

-Əslində günah xanlıqlarda olub...

Doğrudurancaq belə bir mövzu ataq ortaya: Ulu babalarımızın dövründə xəyanətkarlarolub. İndi kimi dindirsən deyir ki, mənim babam qəhraman olub, igid bir insanolub. Ancaq heç kim deməyəcək ki, mənim ulubabam namərd və satqın biri olub. Bəsonda xanlıqlar dövründə yaşamış satqınlar kimin babasıdır? Axı kim bunu etiraf edər?..

Ümumiyyətlətarixdə edilmiş səhvlər hər biri düşünülmüş halda baş verib. Ya bunu sən özün edirsən, ya da ki,sənə bunu etdirirlər. 5-ci Kalonun nümayəndələri vardı – Hansı ki, rusimperiyasına canfəşanlıqla xidmət etmiş şəxslər idi. Onlarım məqsədi döyüşçüləribir birinə vurdurmaq olub. Hansı ki, sərkərdələri inandırırdılar ki, başqasınınhaqqına gir, biz sənin arxanda durmuşuq.

-Qarabağ savaşında sursat qıtlığı var idimi?

-Ağdamdadöyüşlər gedən mərhələdə biz ordaydıq. Bir gün axşam vaxtı Ağdamda bizimkilərbaşladılar göyə atəş açmağa. Təəccüblə yoldaşlarımdan soruşanda dedilər yəqinki, yaxınlıqdakı kəndlərin birində toyedirlər. Əslində bu da təəccüb doğrururdu. Axı onlar niyə göyə atəş açırlar.İnsanlar başa düşmürlər ki, bu gülləni yuxarı atsan o yenə gəlib sənə dəyəcək.Olmazmı ki, onu düşmənə istiqamətləndirib atasan. Boş yerə atılan güllə çoxheyfdi. Çünki düşmən bu güllələri həsrətlə gözləyir. Atacağımız güllə ancaqdüşmənə yönəlməliydi.

-Azərbaycan və Türkiyənin bayrağını saxlamısınız burda.Bayrağımızı çarpayınızın başında asmısınız. Vətənpərvər olduğunuzu isə hamı bilir,bunlara ehtiyac varmı?

-Siz heçvaxt mənim yanımda Türkiyə və Azərbaycandan başqa bir ölkənin bayrağını görəbilməzsiniz. Çünki mən vətənimi sevirəm, mən türkəm. Axı necə ola bilərkiRusiyanın bayrağını yanımda gəzdirəm, ancaq bu iki bayraq həmişə yanımdadır. Həttabaş həkim bir dəfə yanıma baş çəkəndə, bu böyük Azərbaycan bayrağını görüb dediki, onu aradan qaldırmaq lazımdı. Mən heç cürə razı olmadım, gördüyünüz kimi, indidə başımın üstündə saxlamışam. Mən Azərbaycan qarşı çıxa bilmərəm. Baxmayaraqki, çoxları məndən üz döndəriblər. Təəssüfki, ölkəmizə qarşı fikir yürüdən həmvətənlərimiz də var. Onlar xaricdə fəaliyyətgöstərirlər. Hətta mənə də təklif gəlmişdi ki, gedim xaricə orada yaşayım hərhansı narazıçılıqlarımı daha rahat dilimə gətirə bilərəm. Lakin vətən sevgisi mənəimkan vermədi, verməyəcək də.


-Siz Milli Qəhrəman adından niyə imtina etdiniz?

-Mən bunudəfələrlə demişəm. Torpaqlarımız işğal olmadan mən bu ada layiq görülmək istəmirdim.Sizcə ana bacımız əsirlikdə olarkən, torpaqlarımız işğalda olduğu halda, mənnecə bu adı daşıya bilərəm. Milli qəhraman adı o kəsə verilir ki, onun uğurunda döyüşdüyütorpaqlar azadlıqda olsun. Milli Qəhrəman adını ulu öndər mənəvermişdi 1992-cü ildə imtina etdim bu addan. Mən bu addan imtina edəndə Ulu öndərimizin bunu tanıdı, qəbuletdi və tanımağı ilə bərabər imtina etməyim haqqında Müdafiə nazirinə tapşırıqverdi ki, Arif Məhərrəmovun vətənə xidmətihaqqında, milləti qoruması haqqında və Milli Qəhrəman adından imtina etməsi barədəqeydlər aparılsın. Həmin qeydlər də məndədir.Torpaqlarımız uğurunda bir çox qəhrəmanlarımız vuruşub. Sizə EldarBağırov, Allahverdi Bağırov, Vahid Hüseynov kimi qəhəramanlarımızdan danışa bilərəm.Onlar nə üçün vuruşublar? Fərqlənmək üçün, gələcək nəsilə örnək olmaq üçün...

- "Milli Qəhrəman” adıyla bağlı düşüncələriniz məntiqəuyğun gəlir. Ancaq təəssüf ki, bəzi insanlara sağlığında Milli Qəhraman adıverilmədi deyə qınayan insanlar da var.

-Əslindəo insanların məsələyə münasibəti fərqli tərzdə nümayiş olunmalıdır. Onlar onagörə bunu tələb edirlər ki, Milli Qəhraman adı çoxalsın və beləliklə gələcək nəsilə,sizin kimi gənclərə olacaq nümunəvi zabitlərin sayı artsın. Nümunə olmaq üçünqiymət olmaldır. Əgər qiymət verilmirsə, bu patriotizmə qarşı çıxmaq deməkdir. Bu cür yanaşmaq da doğrudur. Mən illər sonra bunu da nəzərə aldım və bir çox rəsmitanınmış şəxslər tərəfində mənim adıma prezidentə belə bir məktub göndərilibki, bu şərəfli adı mənə geri qaytarsın. Bir vaxtlar dövlət başçımız  sağolsun ki, Milli Qəhrəman adından imtina etməyimi anlayışla qarşıladı və mənim üstümdən bu adı götürdülər. Doğrudur çoxları bunubirmənalı qarşılamırdı. Ancaq məni başa düşənlər də az deyil. Ümid edirəm ki,bundan sonra da belə qalacaq.

-Səmimi desəm bu adı geri istəməyiniz məndə maraqyaratdı. Hər halda üzr istəyirəm..

-Əslindəbaxışlarından başa düşdüm səni cavan oğlan. Mən bu adı ona görə geri istəyirəmki, dövlətin qaziyə olan dəstəyini hiss edim. Həm də maddi imkansızlıq indikizamanədə çətin dolanışığa dəlalət verir. Mən hər yerdə bunu demişəm ki, əgər o fəxriad mənə verilsə onu aparıb müzeyə verməyə də hazıram. Sadəcə yenə deyirəm ki, hərkəs kimi mənim də maddi dolanışığa ehtiyacım var. Söhbət qızıl medaldan, yaxudtaxta medaldan getmir. Söhbət qiymətdən gedir. Köhnə kişilərin bir sözü var: "Söhbətsosikadan getmir, "vinimatelni” olmaqdan gedir”. Əgər birinə kolbasa alıb gətirirsənsəona deməməlisən ki, bunu mağazadan almışam, demək lazımdır ki, "Myaskombinat”dan gətirmişəm. Bu həmin insanlara yaxşı mənada psixoloji təsir edir.Yəniməni medal maraqlandırmır. Əsas odur ki, dəyər verilsin. Sağolsunlar ətrafımdamənə dəstək olan insanlar da var. Ancaq təəssüf ki, özümü unudulmuş kimi hissedirəm.

-Milli Qəhrəman Mübariz İbrahimovunsizdən təsirləndiyini ilə bağlı xəbər yayılıb...

-Əstağfirullah,mənim elə bir təsir qüvvəm yoxdur. Ola bilər ki 1-2 faiz təsir etmiş olaram.Çünki bununla bağlı başıma bir hadisə də gəlmişdi. Hansı ki, mən bir vaxtlar tez-tezcəbhələrdə yerləşən hərbi hissələrə gedib orada əsgərlərimizlə görüşkeçirirdim. Yadımdadır rəhmətlik Mübarizin xidmət etdiyi hərbi hissəyəgetmişdim. Orada bir neçə əsgər mənə sual ünvanladı ki, onlardan biri də məhzMübariz İbrahimov olmuşdu. Mübarizin igidlik göstərərək həlak olmasından sonramənə hətta zəng gəlmişdi. Anonim zəngə cavab verəndə hədəylə üzləşdim. Mənədedilər ki, sən hansı hərbi hissələrdə olmusan? Heç bir şey demədim. Bundansonra mənə hədə gəlməyə başladıar. Telefonda mübahisəmiz böyüyəndən sonra kəskinürək ağrılarım başladı. Yaxınlarım buna görə çox qorxmuşdu. Onlar mənə cəzavermək istəyirdilər lakin son anda əsl vətənpərvər insan, hörmətliprezidentimizin köməyi nəticəsində həmin naməlum qüvvələr məndən əl çəkdi. Göstərdiyiqayğıdan daha sonra möhtərəm prezident İlham Əliyev Mübariz İbrahimovun cəsədini Ermənistandan geri almağı bacardı. Çünki o qayğıkeş və vətənpərvər birinsandır.

-Ürəyiniz doludur, sonda nə demək istəyirsiniz?

-Deməkistəyirəm ki, bizim neftimiz də var, qazımız da. Amma ən böyük sərvətimiztorpaqların altında uyuyan şəhidlərimiz və torpağın üstündə keşik çəkən vətənpərvərövladlarımızdır...



RüfətSoltan