adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Mart 2018 17:08
15749
DÜNYA

ƏN BÖYÜK DƏHŞƏT BİLİRSİNİZ NƏDİ?

ABŞ-ınvə Avropa dövlətlərinin ən ali məqsədi Türkiyəilə İranı parçalamaqdı və hər gün də bu layihəni həyatakeçirmək üçün yüz üsula əl atırlar.

Ənböyük dəhşət də odur ki, bu iki dövlət bunubilə-bilə bir-birinə düşmənçilik edir. Səbəb də məzhəb.

Allahikisinə də ağıl versin.

Əsrinəvvəllərində Bakıda sünni-şiə məsələsi ilə bağlı böyük bir konfrans keçirilir. Dərbəndin müftisi məscidə girərkən ayaqqabılarını vurur qoltuğuna və gedib otururprotokol yerində. Hamı çaşır. Soruşurlar ki, ayaqqabını niyə qoltuğuna vurmusan?

-Bilirsiz, peyğəmbər (ə.s) bir gün məsciddə iclas keçirərkən şiələr onun ayaqqabılarınıoğurlayıblar.

Yer-yerdəndeyirlər ki, sən nə danışırsan, peyğəmbərinvaxtında şiələrmi vardı?

-Üzr istəyirəm, səhv dedim ey, sünnilər onun ayaqqabılarını oğurlayıblar.

Yenə yer-yerdən deyirlər ki, özün də o boyda şəhərinmüftisisən və belə savadsız danışırsan, peyğəmbərin vaxtındasünni vardı?

Müftiacı-acı gülür:

-Əgər peyğəmbər (ə.s.) vaxtında sünni-şiəyoxuydusa, bəs onda siz bura niyə yığılmısız?!

Deyirvə məclisi tərk edir.