adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyul 2020 09:35
47121
ŞOU-BİZNES

Emrahdan doğma oğluna hörmətsizlik: Tayfun cavabı gecikdirmədi

Yadınızdadırsa, ötən il aparıcı Seren Serengil müğənni Əmrahın qeyri-qanuninikahdan olan oğlu Tayfunun "Anamla işiniz olmasın, öz həyatınıza baxın” sözlərinəcavab vermişdi.Serengil Tayfunun anasıilə illər əvvəl qatıldığı verilişlərdən birindən video-görüntü paylaşmışdı.VideodaTayfunun anasının "Atasının haqqını ödəyə bilmərəm. Onu böyüdəndə mənə köməyi oldu. Oğlumuzaağıl verib” dediyi görülür. Bu görüntüləri yayan Seren Əmrahın oğluna boş yerəreaksiya vermədiyini bildirmişdi.

O, Əmrahla oğlu arasında olandialoqu da tamaşaçılarla bölüşüb. Serengil Tayfunun atası ilə görüşü zamanıondan ev istədiyini deyib:

"Tayfun bu sözləri dedi: "Ata səninləaramızda o qədər də yaş fərqi yoxdur. Nəyəsə sahib ola bilmək üçün sənin ölməyinigözləyə bilmərəm və buna görə evlərindən birini adıma keçir”.

Adalet.az xəbər verir ki, sevilən türkmüğənnisiEmrah illərdir qəbul etmədiyi oğluTayfunErdoğanınyenə də qəzəbinə tuş gəlib.


Müğənni bir neçə gün əvvəlqatıldığı bir tədbirdə mükafat aldı vəsevincini bu sözlərlə vurğuladı: "Qürurluyam, xoşbəxtəm. Bu mükafata layiq görüldüyümüçün xoşbəxtliyimi dilə gətirmək istəyirəm. Bu mükafatı oğlum Elyesa və qızımEleysaya ithaf edirəm".

TayfunErdoğanEmrahın bu çıxışından sonra yəqinki, hədsiz dərəcədə kədərlənmiş və məyyus olmuşdu. O səbəbdən də sosial mediahesabında "Kimsenin vebalini alma" yazaraq, paylaşım etdi.

Emrahın doğma oğlu Tayfunu qəbuletməməsi onun sevənlərinin ona qarşı münasibətinə xeyli kölgə salıb. Qeyd edəkki, 36 ildirtürk musiqisinə xidmət göstərənEmrah oğlu ilə küsülüolması heç də birmənalı qarşılanmır.

Əntiqə Rəşid