“Əminəm ki, dünya çempionatı uğurla keçəcək” - İlham Əliyev
Xəbər verdiyimiz kimi, bu gün Moskvada görüşən Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin ölkələrimiz arasındakı iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıblar.
Prezident İlham Əliyev rusiyalı həmkarını 12 iyun Rusiya Günü və futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə təbrik edib.
"Bu, dünyanın başlıca idman hadisəsidir. Əminəm ki, çempionatın özü də uğurla keçəcək, bütün qonaqlar məmnun qalacaq”, – deyə İlham Əliyev bildirib.
Ölkə başçısı, həmçinin ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu və Putinlə tez-tez görüşdüyünü vurğulayaraq qeyd edib ki, siyasi sahədə Rusiya və Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Prezident İlham Əliyev gündəlikdə iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planların da olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. Ölkə başçısı iyunun 14-də "Lujniki” stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47