Emin Hüseynov: “Mina təmizlənməsi işğaldan azad edilmiş ərazilərin bərpasında mühüm rol oynayır”

“Mina təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır”.
Adalet.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
Onun sözlərinə görə, yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası üzrə layihələr həyata keçirilib, daha sonra isə iri şəhərlərin bərpası nəzərdə tutulub.
“Ağdam ərazisi 30 faizə yaxın, Füzuli 27 faiz, Xocalı 15,8 faiz, Xocavənd 5,3 faiz minalardan təmizlənib”, - Emin Hüseynov bildirib.
O, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətlərinin çəkildiyini, beynəlxalq hava limanının tikildiyini qeyd edib./report
Digər Xəbərlər

Şuşada dördüncü yaşayış kompleksinin təməli qoyulub

Prezident və birinci xanım Daşaltı kənd məscidinin açılışında iştirak ediblər

Prezidentlə xanımı faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar - YENİLƏNİB + FOTOLAR

DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR+VİDEO

Hərbçilərimiz Moskvada Qələbə paradında keçid etdilər - VİDEO

"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO
